Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərəbistan İranın bütün şərtlərini qəbul etdi -Həcc ziyarəti ilə bağlı

 

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı İranın bütün şərtlərini qəbul etməyə hazırdı.

Yenixeber.org:  Bu sözləri İran İslami Şura Məclisi İdarə heyətinin üzvü Əkbər Rəncbərzadə "2017 Həcc problemləri" ilə bağlı iclasda deyib.

"İranlı hacı namizədlərinin builki səfəri gerçəkləşdirə bilməyəcəyini demişdik. Çünki iranlı ziyarətçilərin təhlükəsizlik və sağlamlıqlarının zəmanət altına alınması üçün müzakirələrin lazım olduğunu düşünürdük. İndi isə şərtlərimizi bildirərək, razılaşma əldə etmişik”, - deyə o bildirib.

Əkbər Rəncbərzadə həmçinin Səudiyyə Ərəbistanı tərəfindən Mina faciəsinin yenidən araşdırılacağını qeyd edib.

Xatırladaq ki, İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər 2015-ci ildəki Həcc ziyarətindən sonra korlanıb. Həmin il Məkkəyə ziyarətə gedənlər dörd dəfə fəlakətlə rastlaşıblar. Onlar arasında ən çox ölənlər isə iranlılar olub.

Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın olub. Daha sonra isə Həram məscidində (Məscidi-Həram) kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər isə xəsarət alıb. Ardınca Məkkədə dağ uçqunu azı 2 nəfərin ölümünə səbəb olub. Sonuncu hadisə isə Mina dağındakı izdiham zamanı 4 min 700 nəfərin ölməsidir.

Bundan sonra İran Həcc mərasiminin Səudiyyə Ərəbistanından alınmasını təklif edərək, baş vermiş hadisələrdə onun günahkar olduğunu bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam