Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Ovçular evi”nin yerində park salınır -FOTOLAR

Yasamal rayonu ərazisində, Həsənbəy Zərdabi küçəsində yerləşən "Ovçular evi”nin ərazisində çoxmərtəbəli kompleksin tikintisinə dair Bakı şəhər İcra Hakimiyyətinin verdiyi icazə qüvvədən salınıb. Onun yerində park salınacaq.
Yenixeber.org:  Bu barədə "Sputnik”ə Bakı şəhər İcra Hakimiyyətinin  adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.
 
Mənbənin sözlərinə görə, Bakı sakinləri üçün salınacaq yeni istirahət məkanının adı "Mədəniyyət park”ı adlanlandırılacaq və onun tikintisi bir neçə aya yekunlaşacaq.
Xatırladaq ki, bir neçə gün öncə KİV-də "Ovçular evi”nin dağıdıldığı, ətrafındakı ağacların qırıldığı, onun yerində isə çoxmərtəbəli binanın tikintisinin planlaşdırıldığı ilə bağlı yayılan xəbərlər paytaxt sakinlərinin marağına səbəb olub. Mətbuatda həmçinin, bu binanın Milli Məclisin deputatları üçün nəzərdə tutulduğuna dair informasiyalar yayıldı. Lakin prezident İlham Əliyevin müdaxiləsindən sonra tikinti dayandırıldı və tikinti işlərini həyata keçirən şirkət barəsində cinayət işi açıldı. Habelə şirkət ağacların kəsilməsinə görə 130 min manat cərimələndi. Hazırda ağır texnika vasitəsilə 54 çoxillik şam ağacnın kütləvi şəkildə məhv edildiyi ərazi metal hasarla əhatəyə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raquf Mirzəyev bildirib ki, Mətbuat prospektində ağacların kütləvi şəkildə məhvinə dair məlumat nazirliyin qaynar xəttinə aprelin 13-də daxil olub: "Nazirliyin əməkdaşları əraziyə baxış keçirdikdən sonra 27 fərqli ağacın bioloji ziyan aldığını, daha 52 ağacın isə məhv edildiyini aşkarlayıblar”.
R.Mirzəyevin sözlərinə, araşdırma zamanı müəyyən edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb və "A-3 Sənaye Tikinti Korporasiyası" MMC tərəfindən orada tikinti işlərinə başlanılıb: "Həmin şəxslər apardıqları tikinti işləri zamanı hazırda mövcud yaşıllıqların çox olmasını nəzərə almadan, qanunvericiliyə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq qaydada ekspertiza rəyi almadan ərazidə söküntü işlərinə başlayıblar. Nəticədə ərazidə yaşıllıq məhv edilib. Bu səbəbdən də "A-3 Sənaye Tikinti Korporasiyası” MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 min 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 min 760 manat cərimə kəsilib”.
Bütün bunlardan başqa, 30 min üzvü olan "Ovçular Cəmiyyəti”nin taleyi sual altında qalıb. 
Birliyin sədri Füzuli Əşrəfov "Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, onlara Xaqani küçəsində yer ayrılıb: "Daha ətraflı məlumatı yaxın günlərdə paylaşacağıq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam