Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“NATO Əfqanıstanda müvəffəqiyyətsizliyə uğrayıb” -Rusiyanın Əfqanıstandakı səfiri

unnamed (2)

 

“NATO Əfqanıstanda terror və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə müvəffəqiyyətsizliyə uğrayıb”.

Yenixeber.org:   Türkiyə mətbuatına istinadən xəbərə görə, bu haqda Rusiya Federasiyasının Əfqanıstandakı səfiri Aleksandr Mantutski mətbuat açıqlamasında belə deyib.

Belə ki, A. Mantutski Əfqanıstanda sülhün bərqərar olması üçün “Taliban” Terror Təşkilatıyla danışıqların aparılmasını məqsədəuyğun hesab edib: “Əfqanıstan dövləti istəyərsə, Rusiya “Taliban”la Əfqanıstan hökuməti arasında vasitəçilik edə bilər. Əfqanlar ölkədə sülhün əldə olunması məsələsini öz aralarında həll edə bilərlər” -, deyə səfir əlavə edib.

Səfir son zamanlar Rusiyanın “Taliban”a dəstək verdiyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirərək, bunun həqiqətə uyğun olmadığını deyib: “Kabil ilə Moskva arasındakı münasibətlərə xələl gətirmək üçün həqiqətə uyğun olman məlumatlar yayırlar. Bu, cavabsız qalmayacaq. Biz necə lazımdır bunun cavabını verəcəyik”.
Ölkəsinin “Taliban”a dəstək vermək kimi bir məqsədinin olmadığını vurğulayan A. Mantutski, ABŞ kimi bəzi ölkələrin “Taliban” ilə əlaqələrinin olduğunu da söyləyib.

A. Mantutski Əfqanıstanın şimalında fəaliyyətini artırmağa çalışan İŞİD Terror Təşkilatının Moskva üçün böyük təhlükə sayır: “İŞİD Əfqanıstanın şimalından Orta Asiyaya keçməyə çalışır. Rusiya Əfqanıstana terror və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yardım etməyə hazırdır. Hazırda ABŞ – Rusiyanın terrorla mübarizədə Əfqanıstana dəstək verməsini istəmir” -, deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam