Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Faiq Əmirliyə qarşı yeni ittihamlar irəli sürülüb –VƏKİL

Bu gün 1 saylı Bakı İstintaq təcridxanasında "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirliyə yeni ittihamlar irəli sürülüb.

Yenixeber.org:  Bu barədə Faiq Əmirlini vəkili Fəxrəddin Mehdiyev məlumat verib. İstintaq orqanı onun Cinayət Məcəlləsinin 213.1 ci maddəsi ( vergidən yayınma) və 308-ci maddəsi ( vəzifə səlahiyyətindən sui-istifadə) ilə təqsirli bilinməsi qənaətinə gəlib.

Faiq Əmirli ittihamı qəbul etməyərək ifadə verməkdən imtina edib.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçilik) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərmək və bu fəaliyyətlə ictimai asayişi pozmaq) maddələri ilə cinayət işi qaldırılıb.

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən "Hizmət” hərəkatı ilə əlaqədə təqsirli bilinirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam