Ziraat bankının Ərdoğan əleyhdarları və FETÖ-çularla nə işi? -ŞOK İTTİHAM
Türkiyənin məşhur və tarixi banklarından olan Ziraat bankının Azərbaycandakı fəaliyyəti təəssüf doğurur
Yenixeber.org: Məsələ bank-maliyyə xidməti ilə bağlı deyil.
Bankın maliyyə-kredit siyasəti ilə bağlı fəaliyyəti bağlı növbəti yazılramızda danışacağıq. Bu dəfəki yazımızda qardaş Türkiyə Cümhuriyyətinin ən qədim bankalrıdan biri olan Ziraatın ölkədaxili siyasətə aktiv müdaxiləsi və Ərdoğanın, Həmçinin Azərbaycan prezidenti İlham Əliyevin dövlət siyasəti əleyhinə fəaliyətdə bulunan şəxslərlə işbirliyi barədə söhbət açacağıq. Doğrusu nə qədər təəccüblü olsa da və buna inanmaq nə qədr imkansız görünsə də, ortada olan faktlar məhz bu həqiqəti göstərməkdədir.
Həmin faktları oxucuların diqqətinə cəlb edirik:
1. Vergidən yayınanlarla və Prezidentə qarşı gələnlərlə işbirliyi
Ziraat bankı Zərdabi prospektində yeni ofis götürüb. Hansl ki, bu ofisin həqiqi sahibi əslən Göyçə mahalından olan tikinti maqnatı, “Ulu Göyçə” MMC-nin rəhbəri, Yasamal bələdiyyəsinin üzvü Vasif İsmayılovdur. O Vasif İsmayılov ki, qardaşlarını yanına alıb bütün tikib satdığı binaları qohumları və tanışlarının adına formalaşdırığı MTK-lar adı altında inşa edərək vergidən yayınır. Belə ki, Vasif İsmayılov yaxşı bilir ki, binaları şirkət olaraq tikərsə, məcburi olaraq satdığı mənizllərdən dövlət büdəcisnə müvafiq vergi ödəmələri köçürməli olacaq. Lakin “MTK üzvləri”nin “şəxsi vəsaiti” ilə tikilən binalardakı mənzillər isə həmin mənzil kooperativ üzvlərinə aid olduğundan vergi ödəmələri həyata keçirilmir. Bura qədər proses qanuni gedir. Ancaq sonradan tikilən binalardakı mənzillər “MTK”nın üzvləri tərəfindən başqalarına satıldıqdan sonra mənzili alaraq o binalarda yaşayanlar MTK üzvü olaraq o binaların idarə olunmasında iştirak edirmi? Əlbəttə ki, yox! Vasif İsamyılovun Yasamal, Xətai, Səbail rayonlarında tikdirdiyi binalarda yaşayan sakinlərdən sorğu-sual edilsə, onda məlum olar ki, onlar binaların idarəçiliyinə iştirak etmirlər? Yalnız xidmət pulu ödəyirlər, vəssalam! Ödənilən məbləğin hara, necə sərf olunduğundan xəbərləri belə yoxdur. Binaları idarə edən yaxın qohumları isə özlərini ağa kimi apararaq istədikləri idarəşiliyi tətbiq edir, etiraz edənləri hörmətli akademik Ramiz Mehdiyevin adamı kimi təqdim etdikləri Vasiv İsmayılovla qorxudurlar. Halbuki Vasif İsmayılovun həmin dövlət xadimi ilə heç bir bağlılığı yoxdur və Vasif müəllimin özünün də ara-sıra bu adın hörmətindən faydalandığı bildirilir.
2. Qırılan 40 illik şam ağacları
İndi isə qayıdaq Ziraat bankının Vasif İsmayılov tərəfindən tikilən və icarəyə götürülən ofisinə. Bu ofisin yerində Xuruşşovun zamanında salınmış şam ağaclarından ibarət bağ var idi. Həmin yeri alan Vasif müəllim oradakı 40 illik şam ağaclarını doğrayaraq orada Ziraat bankının yerləşəcəyi binanı tikdi. Qarşısında bir neçə 40 illik şam ağacları da qalmışdı ki, Vasif İsmayılov onları da kəsdirdi. Bu barədə ölkə mediasının ən oxunaqlı xəbər saytlarında məlumat yayıldı. Bu barədə məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz:
Məmurların xeyir-duası ilə Bakıda yenə ağaclar kəsildi
Linkədki şəkillərlə Ziraat bankının Yasmal rayonu, H.Zərdabi prospektində- Yasamal prokurorluğunun yanındakı həmin binanın hazırki vəziyyyətinin müqayisəli təhlilini aparsanız, dövlət başısının ekoloji siyasəti ölkə prezidentinin və birinci vitse-prezidentin iradəsi ziddinə fəaliyyətin əyani şahidi olmaq mümkündür. Linkdəki şəkillərin müqayisəli təhlili də müəyyən informasiya verir.
Bəs özünü vətən və xalq təəssübkeşi kimi təqdim edən Ziraat bankının belə bir iş adamları ilə əməkdaşlığa sövq edən nədir?
3. Ziraat bankının FETÖ-çularla nə əlaqəsi?
Ancaq Ziraat bankının işbirliyində olduğu belə reputasiyalı iş adamı təkcə bu olsa idi nə vardı ki? Sən demə, Ziraat bankının ilk tərəfdaşlarından biri AzəTürk Bank imiş. O bank ki, mediada “Şapka Mamed” ayaması ilə təqdim olunan və bir sıra qeyri-qanuni maliyyə əməliyyatlarında adı hallandıırlan və özü tərəfindən təkzib olunmayan, Azərbaycan Sahibkarlar Konfedarasiyasının sabiq prezidenti Məmməd Musayevdir. O Məmməd Musayev ki, 2014-cü ildə konfederasiyanın prezidenti olan zaman Fətullah Gülənin “Hizmət” hərəkatı deyilən şəbəkəsinə daxil olan şirkətləri özündə birləş dirən “İpək Yolu” Sahibkarlığa Yardım İctimai Brliyi ilə əməkdaşlıq müqaviləsi bağlamışdı. Bu əməkdaşlıq Ərdoğanla Gülənin münasibətlərinin soyuduğu dövrə təsadüf edrdi. Hansı ki, 2013-cü ilin 17-23 dekabr korrupsiya olayları baş vermişdi.
M.Musayev bu hadisələrdən sonra da cənab Ərdoğanın əleyhinə olan qüvvələrlə əməkdaşlığı rəsmi olaraq davam etdirmişdi və bu adamın patronaşlığına olduğu AzərTürk bankın Türkiyədəi tərəf müqabili Ziraat bankıdır. M.Musayevin həmin fəaliyyəti açıq olduğu halda Ziraat bankının ölkədəki bu qədər maliyyə-kredit təşkilatları arasından məhz fətullahçı bankiri tərəfdaş kimi seçməsində səbə nədir? Buyurub cavab versinlər! (Xalqxeber.az)