Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Həkimləri pasiyentlər yox, dərman firmaları ilə necə işləmələri maraqlandırır" -Əhliman Əmiraslanov

ehliman
“Bu gün həkimlərlə dərman firmaları arasında bir sövdələşmə var. Və bu sövdələşmələr nəticəsində həkimlər pasiyentlərə müalicəyə uyğun əsas pereparatını  deyil, yardımçı olan bioloji fəallığa malik  vasitələr yazır. Nəticədə bundan xəstə və klinikalar ziyan çəkir”.
Yenixeber.org:  Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, belə sövdələşmələr var və kimsə bunu inkar edə bilməz: “Əgər durub desək o zaman cəmiyyətdə bizə inanmayacaqlar. Ona görə də belə hallara yol verən həkimlər cəzalandırlımalıdır. Çünki   dərman firmaları ilə sövdələşməyə gedən həkim xəsətəyə əsas müalicə dərman preparatını deyil 2-3-ü dərəcəli preparatın yazılması  ön plana çıxır. Nəticədə xəstələr üçün əsas müalicənin aparılması kənarda qalır”.
Komitə sədri əlavə edib ki, bu preparatların qiyməti əsas dərmanların qiymətindən çox baha olur.
O bildirib ki, həkimlərin dərman sayılmayan bioloji aktiv maddələrdən istifadə etməsinin əleyhinə deyillər:
“Lakin söhbət ondan gedir ki, bunun arxasında başqa məqsədlər dayanır.  Xəstə müalicə olunmaq üçün həkim yanına gəlir. Həkim deyir ki, səni müalicə edəcəyəm, amma xəstə müalicə edildikdən 2 il sonra həkim yanına təkrar gəlir və görür ki, onun bədənində metostazlar var. Belə hallar az deyil”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov isə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək cərimə ediləcək. Deputat hesab edir ki, bu cərimələrin tətbiqi düzgün deyil:
“Dünyada bu gün vitamin preparatlarının çoxu, antibiotiklər xəstəyə resepetsiz verilmir. Lakin xəstəyə ehtiyac olduğu zaman vitamin əskikliyinə görə multivitamin kompleksi verilir. Bu da biloji fəal maddələr qrupuna aiddir. Bu maddələrin yazılmasına görə həkimə əngəl qoyulması düz deyil. Uzun illər təcrübəli şəkildə fəaliyyət göstərən həkim istədiyi dərmanı yazmaq hüququna malik olmalıdır. 150-200 manat maaş alan həkimə yenidən 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz. Bu, sadəcə gələcəkdə problemlərin fərqli yollarla artmasına səbəb olacaq”.
R.Mahmudov deyib ki, son illərdə xəstə haqqlarının qorunması ilə bağlı məsələlər çox gündəmə gətirilir. Xəstə, həkim və tibb işçilərinin hüquqlarının qorunması balanslı şəkildə həyata keçirilməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam