Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq rektor həbs edilməmək üçün vətəndaşlara vurduğu zərəri ödəməyə hazırdır -MƏHKƏMƏ

 

Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Yenixeber.org:   Musavat.com xəbər verir ki, dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.

Bu iş üzrə zərərçəkmişlərdən ikisi Ramiz Məmmədovun həbs edilməsini istəsələr də, sonradan bu istəklərini dəyişiblər.

Bu ilin fevral ayında baş tutan məhkəmədə zərərçəkmişlər vəsatət qaldıraraq onlara dəymiş zərəri ödəmək fikrində olmayan R.Məmmədovun ən azından həbs edilməsini istəmişdilər: "Pulumuzu vermirsə, heç olmasa, həbs edilsin. Niyə azadlıqda olmalıdır?"

Elə bu vəsatətdən sonra R.Məmmədovun səhhəti pisləşmişdi və o, xəstəxanaya yerləşdirilmişdi. R.Məmmədov ürək xəstəliyindən əziyyət çəkdiyini bildirərək bir neçə prosesə gəlməmişdi.

Əldə etdiyimiz məlumata görə, R.Məmmədov xəstəxanada yatdığı müddətdə zərərçəkmişlərlə danışıq aparıb. O, vurduğu zərəri ödəyəcəyini deyərək onlardan vaxt istəyib və həbs edilməsi ilə bağlı vəsatətin geri götürülməsini xahiş edib. Zərərçəkmişlər də bu təkliflə razılaşıb.

Növbəti məhkəmə prosesi aprelin 12-də keçiriləcək.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər bildiriblər ki, R.Məmmədov övladlarını universitetə düzəltmək üçün onlardan külli miqdarda pul alıb, amma nə vədinə əməl edib, nə də pullarını qaytarıb.

Qeyd edək ki, Gəncə filialı bağlanarkən Müəllimlər İnstitutunun rektoru millət vəkili Aqiyə Naxçıvanlı idi. İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində Aqiyə Naxçıvanlının imzası olub.

Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu.

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

R.Məmmədov onlarla vətəndaşa qarşı 922 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. O, instituta düzəltmək adı ilə vətəndaşlardan külli miqdarda pul almaqda, saxta diplom verməkdə günahkar bilinir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam