Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Münaqişənin silahlı yolla həllindən imtina etmək lazımdır" -Sergey Lavrov

"Münaqişənin silahlı yolla həllindən imtina etmək lazımdır" -

"Rusiya Dağlıq Qarabağ probleminə böyük diqqət ayırmağa davam edir”.

Yenixeber.org:  Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Bakinskiy raboçiy” qəzetində iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunan məqaləsində bildirib. 

S. Lavrov qeyd edib ki, Rusiya regiona sülhün və sakitliyin qayıtmasında, insanların ölməməsində, sərhədlərin açılmasında, iqtisadi mübadilənin bərpa olunmasında maraqlıdır:

“Bunun üçün mümkün olanı edirik. Vasitəçilik missiyasını tək, eləcə də ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransa ilə birgə həyata keçiririk. Vasitəçilərin sayəsində tərəflər bir çox mübahisəli məqamlarla bağlı mövqelərini yaxınlaşdırmağa nail olublar. Əsasən münaqişənin nizamlanmasının baza prinsipləri razılaşdırılıb. Lakin Azərbaycan və Ermənistan bunun həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Bununla əlaqədar bizim vəzifəmiz tərəflərə balanslı həlli tapmağa kömək etməkdən ibarətdir”.

S. Lavrov ümid etdiyini bildirib ki, Bakı və Yerevan qarşılıqlı güzəştə hazır olmaları barədə siyasi iradə göstərə biləcək:

“Bu, danışıqlar prosesinin nəticəli olması üçün vacibdir. Əlbəttə ki, irəliyə getməyin əsas şərti münaqişə zonasında gərginliyin azaldılması, münaqişəsinin silahlı yolla həllindən imtina etməkdir. Rusiya da öz növbəsində bütün cəlb olunmuş tərəfləri qane edən problemin həlli variantını dəstəkləməyə, razılıq əldə olunacağı təqdirdə, digər vasitəçilərlə birlikdə nizamlanmanın zəmanətçisi olmağa hazırdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam