Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Kreditin faizi üçün möhlət verilsin" -Dputat banklara inzibati nəzarətin sərtləşdirilməsinə etiraz etdi

semseddin
“Bu gün Azərbaycan iqtisadiyyatı  dünya iqtisadiyyatına yetərincə  inteqrasiya olunub və ölkədə müəyyən mənada bir liberal iqtisadi sistem formalaşdırılıb. Amma bununla belə,  biz proterksionizmə də üstünlük verməyə başlamışıq. Yəni, iqtisadiyyat üzərində dövlət inzibati nəzarəti gücləndiririk”.
Yenixeber.org:  Bunu millət vəkili Şəmsəddin Hacıyev Milli Məclisdə (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə,  iqtisadiyyata inzibati nəzarət yaxşı şeydir, ancaq bunun müəyyən həddi olmalıdır:
“Mən,  Maliyyə Bazarlarına Nəzarət Palatası  fəaliyyət göstərdiyi müddətdən bəri fikir verirəm ki,  qurum ciddi inzibati qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görməkdədir.  Yaradılan qanunvericilik bazası da əsasən bankların fəaliyyətinə inzibati müdaxilə ilə bağlıdır . İnzibati nəzarətin həddindən artıq sərtləşdirilməsi əslində bankların manevr imkanlarının məhdudlaşdırılmasına xidmət edir. Bu, o qədər də məqsəduyğun deyil. Banklara müəyyən sərbəstlik verilməlidir”.
 
Millət vəkili təklif edib ki, inzibati nəzarətdən daha çox iqtisadi mexanizmlərdən istifadə etmək daha yaxşı olardı.
“Biz elə etməliyik ki, banklar ölkənin iqtisadi fəallığında və inkişafında yaxından iştirak edə bilsinlər”  - deyə, o, vurğulayıb.
O, əlavə edib ki, ölkə iqtisadiyyatının geriləməsində bank sektorunun ciddi rolu olub, bu geriliyi aradan qaldırmaq və onların iqtisadiyyatın inkişafındakı rolunu artıqmaq üçün də ciddi qanunvericilik bazası yaradılmalıdır. 
“Hansı bank rəhbəri ilə qeyri-rəsmi şəraitdə söhbət edirsənsə, hamısı bank sektoruna şəraitin yaradılmamasından narazılıq edir. Deyirlər ki, bizə sərbəst əl-qol açmaq üçün imkan yaradılmır. Yüzlərlə arqument gətirirlər. Düzdür, bunların əksəriyyəti subyektiv fikirlərdir, ancaq biz qanunverici orqan olaraq elə şərait yaratmalıyıq ki,  onlar bizə hansısa irad tuta bilməsinlər. Banklara sərbəstlik vermək əvəzinə, biz inzibati nəzarəti sərləşdirə-sərtləşdirə gedirik. Bax, indi belə bir vəziyyət yaranıb”– deyə, Ş.Hacıyev vurğulayıb.
Ş.Hacıyev eyni zamanda, sahibkarlara verilən kreditlərə kreditin faizi üçün müəyyən möhlət verilməsini təklif edib.
Bildirib ki, Sahibkarlığa Milli Yardım Fondu sahibkarlara münasibə faizlə kredit  versə də, sahibkara kredit verilən gündən faiz tutulur və bu da müəyyən problemlər yaradır.
“Hesab  edirəm ki, heç olmasa, onlara ən azından bir il möhlət verilməlidir və ondan sonra  kreditidən faiz tutulsun.  Yoxsa, sahibkar iş qurmadan başalyır kredit faizi ödəməyə ki,  bu da məqsədəuyğun deyil. Ona görə də  müəyyən müddət möhlət verilməlidir və dünya praktikasında da belə hallar var. Bu prkatikadan istifadə edib, yararlanmalıyıq”- deyə, millət vəkili bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam