Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Abdullah Gül kimə qarşı çıxdı:Bərzaniyə, yoxsa Ərdoğana?

"Kərkükdə İraq bayrağıyla yanaşı,  İraq Kürdüstanının bayrağının asılması şəhərdəki milli həmrəyliyi – türkmən, kürd və ərəblər arasındakı bərabərliyi təhdid edir”.

Yenixeber.org:   Bunu Türkiyənin sabiq prezidenti Abdullah Gül öz “Twıtter” səhifəsində yazıb.

Ərəb və türk dillərində yazılan statusda o da qeyd olunub ki, İraq Konstitusiyasına zidd olan bu təktərəfli qərarın yenidən nəzərdən keçirilməsi və ölkədəki bütün qrupların konstitusiya istiqamətində hərəkət etməsi, İraqın və bölgənin sabitliyi baxımından böyük əhəmiyyət kəsb edir: “Onsuz da kifayət qədər qarşıdurma və dərdlə bitab düşmüş İraqın başına yeni problemlər çıxarmaması lazımdır”.

Bu həqiqətin Abdullah Gül tərəfindən dilə gətirilməsinin ən önəmli tərəfi isə kürd muxtariyyətinin ikibayraqlı rəsmi tədbirlərinin Kərkükdən qabaq Ankarada keçirilmiş olmasıdır.  Muxtariyyətin rəhbəri Məsud Bərzani bir müddət əvvəl Ankaraya rəsmi səfəri zamanı həm İraq, həm də muxtariyyət bayrağı ilə qəbul olunmuş və bu hərəkət Bağdad tərəfindən sərt dillə qınanmışdı.

Bir vaxtlar Abdullah Gülün silahdaşı olan cənab Rəcəb Tayib Ərdoğan iqtidarının məlum addımından sonra yayğınlaşan bu tendensiyaya keçmiş dostu tərəfindən sərt reaksiya verilməsi düşündürücüdür və AKP-də ziddiyyətlərin yaranması kimi qəbul oluna bilər.

Qeyd edək ki, Abdullah Gülün bu cür mübahisə yaradan mövqe sərgiləməsi ilk belə hadisə də deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam