Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

"Qarabağın taleyini “İsgəndər” həll etməyəcək” -Millət vəkili

 

 

Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, lazım gələrsə, Ermənistan Silahlı Qüvvələrinə tərəddüd etmədən "İsgəndər" raket kompleksindən istifadəyə icazə verəcək.

Yenixeber.org:  Məsələ ilə bağlı Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlama verib.

Deputat bildirib ki,  Ermənistan rəhbərliyi Azərbaycanla bağlı hədələyici açıqlamalarını aprelin 2-nə qədər çox verə bilər.

 “Ancaq bunun hər hansı bir siyasi effekti yoxdur. Eyni zamanda bu əsgər və zabitlər arasında da əks səda yaratmır”.

Zahid Oruc deyib ki, "İsgəndər" raket kompleksindən istifadə olunması sıradan bir məsələ deyil.

“Minimum 350 km məsafəni qət edən və hədəfləri vuran bu mühüm silahdan istifadə böyük bir regional müharibə deməkdir. Azərbaycanın da arsenalında birbaşa Ermənistanın paytaxtı İrəvanı hədəf seçən və böyük dağıntılar gücünə malik olan silahlar var. Eyni zamanda bizim bu cür raket qurğularının hava məkanında zərərsizləşdirilməsinə imkan verən müdafiə silahlarımız mövcuddur. Lakin hərbin öz qanunları var. Genişmiqyaslı müharibə bir məkanda qalmır. O, mütləq genişlənərək regional savaşa çevrilir. Əməliyyatlar məsafədən idarə olunan ağır silahların üzərinə keçsə və lokal səngər toqquşmaları arxada qalsa, bu o deməkdir ki, həqiqətən də bölgənin bütövlükdə dağıtmağa qadir olan potensial mövcuddur. Hesab edirəm ki, bu İrəvana bəllidir. Ermənistanın yanında olan dövlətlər də bunu onlara bildiriblər”.

Deputat qeyd edib ki, Ermənistran rəhbərliyi hərbi parad zamanı “İsgəndər” raketlərini  nümayiş etdirərək cəmiyyətdə bir qədər özlərinin mövqelərini möhkəmləndirməyə nail oldular.

“Ancaq “İsgəndər” üzərindən siyasət qurulmaz. Ona qalsa, bu gün daha güclü silahlara malik olan dövlətlər var ki, beynəlxalq siyasi həyatda çox da aktiv rol oynaya bilmirlər. Belə bir politoloji termin var: “Sadə xalq kütləsi ən mühüm resursdur”. Yəni müharibədə döyüşən amil xalqın müdafiəsi, iqtisadiyyatın güclü olmasıdır. Ermənilər dəfələrlə buna oxşar bəyanatlar veriblər. Onlar deyiblər ki, Mingəçevir su anbarını partladacaqlar, neft kəmərlərini vuracaqlar. Bakının hədəf seçilməsini düşünən qüvvə buradakı beynəlxalq kooperasiyalara, transmilli şirkətlərə qarşı müharibə elan etmiş olur. Ermənistan doğurdanmı buna qadirdir? Onlar British Petrolium-un gücü qarşısında dayana bilərlərmi?. Bu cür güclü silahlar Ermənistanın zəif halında onlara qüvvə vermir. Ona görə də müharibənin taleyini “İsgəndər” raketləri həll etməyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam