Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Anarla görüşmək istəyən şair döyüldü -Yazıçılar Birliyinin binasında qalmaqal

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 60 yaşlı şair Fəzail İsmayıl üzvü olduğu qurumun binasında ağır fiziki təzyiqə məruz qalıb.
Yenixeber.org:   Bu barədə musavat.com-a F.İsmayıl özü bildirib.
 
Onun sözlərinə görə, hadisə mart ayının 17-də, saat 16.30 radələrində baş verib. Dediyinə görə, AYB-yə həm sədr Anarın bahar bayramını təbrik etməyə, həm də yaxınlaşmaqda olan yubileyi ilə bağlı danışmağa gedibmiş: "Amma Anar müəllimin müşaviri Rauf Aslanov onunla görüşməyimə imkan vermədi. Mən bundan öncə də 7-8 dəfə Anar müəllimin qəbuluna getmişəm. Amma hər dəfə də bu adam məni təhqir edib yollayıb. Bu dəfə də eyni şey baş verdi. Mənimlə söyüş söyərək danışmağa başladı. Heç gözləmirdim. Amma az keçmədən gözləmədiyim vəziyyətdə zərbələrlə vurdu. Başıma, ənsəmə. Yumruqla, kitabla... Gözümdə də korluq əmələ gəldi. Oranın üç qadın və bir nəfər boylu-buxunlu işçisi məni tutdular, otaqdan çıxardılar. Amma ona qədər mən 3-5 dəqiqə boyunca o zərbələri almışdım. Həmin adamlar da dedilər ki, Rauf Aslanov xəstədir, ona fikir vermə. Bilirsiz, bu adam dövlətin biz şair-yazıçılara verdiyi pulu yeyib harınlayanlardandır. Hətta mən ona bu dava zamanı dedim ki, mən hər zaman dövlətin tərəfində dayanmışam. O da qayıtdı ki, "tüpürüm sənin şeirinə də, poemana da. Mən sağ olduqca sən bu dövlətdən təqaüd almayacaqsan. Axırda da dedi ki, bir də bura gəlsən, leşin çıxacaq””.
F.İsmayılın sözlərinə görə, başından aldığı kəskin zərbələrin nəticəsində həmin gün səhhəti pisləşib və qusmağa başlayıb. Ardınca isə təzyiqi yüksəlib: "Evə təcili yardım gəldi. Sonra həkimə getdim. Sonradan əhvalım lap pisləşdi. Damarımdan qan götürdülər. Həkimlər mənə ev şəraitində qalmağımın səhhətimi pisləşdirəcəyini dedilər. Mən də "Semaşko"ya gəldim. Hazırda neyrocərrahiyyə şöbəsində müalicə olunuram”.
 
d3a3b382-e3dd-4211-9eb9-367a6e60ab27.jpg (155 KB)
 
F.Ismayıl hadisə ilə bağlı Səbayel rayon 39-cu polis bölməsinə şikayət edib. Olayla bağlı ekspertiza da keçiriləcək. Müsahibimizin sözlərinə görə, hadisə AYB sədri Anarın otağının qarşısında baş verib və çox güman ki, onun da xəbəri olub. Amma o, AYB sədrinin buna reaksiya vermədiyini dedi: "Hadisə nəticəsində mənim görmə qabiliyyətim azalıb. Mən özüm də onkoloji xəstəyəm. Sədrlə görüşmək istədiyim üçün nəyə görə bir qoçu tərəfindən döyülməliyəm?”
Hadisə ilə bağlı ittiham olunan tərəflər danışıb. R.Aslanov açıqlamasında bildirib ki, F.Ismayılın sözügedən tarixdə AYB-nin binasında yol verdiyi hərəkət aktlaşdırılıb: "Bayramdan öncə axırıncı iş günü idi və saat 6-ya 10 dəqiqə işləmişdi. Gəlib deyir ki, mən Anarın yanına keçmək istəyirəm. Ona deyiləndə ki, iş günü bitib və bu, mümkün deyil, o zaman artıq-əskik danışmağa başladı. Döyülmək söhbəti isə yalan və şərdir. Orda 5 adam olub, o da aktlaşdırılıb. Məruzə olunub rəhbərliyə. Biz orda adam vuranıq? Adamdır da, çox şey deyə bilər. Mən ondan şikayətçi olmadım.O rəhbərliyi təhqir elədi, içi biz qarışıq. Biz də ona bildirdik ki, belə şey etmək olmaz?”
 
12c387de-7393-48c1-bf50-b8ee8141582c.jpg (14 KB)
 
Müsahib şairi "bir də bura gəlsən, leşin çıxar” deyə təhdid etmədiyini bildirdi. R.Aslanovun dediyinə görə, AYB üzvü olan birinə belə bir söz deməyə nəinki mənəvi, heç hüquqi ixtiyarı yoxdur: "Elə şey olar? Mən orda adi müşavirəm. Ona necə deyə bilərəm ki, bura bir də gəlsən, leşin çıxacaq. O, hara istəsə müraciət edə bilər. Yazdığı bir poema var ki, bizim əlimizdədir. Ağzına gələni yazıb, verib çapa. Özü bilir nələr yazıb orda. Səsini çıxarsa, o sənəd də açıqlanacaq. Siz onun özündən soruşun ki, Raufun əlində nə sənədi var, o, özü biləcək. Sadəcə üzvümüzdür. Poeması var. Orda nə yazıb, yaxşı bilir”.
R.Aslanov bildirdi ki, hadisə barədə Anar müəllimin də xəbəri var: "O, otağa girməyib. Sadəcə koridorda dayanıb ki, keçmək istəyirəm. Biz də ona izah etmişik ki, belə olmaz. Onu işçilərimiz yola salıblar. Biz aktlaşdırmışıq ki, o, özünü pis aparıb. Onun etmək istədiyinin qarşını aldıq. Bu və bunun kimiər gəlirlər, nəsə istəyrlər. Alınmayanda da şər-böhtanla məşğul olurlar. Bu adama Yazıçılar Birliyi iki dəfə torpaq alıb. Bu da hər ikisini satıb. Yenə nəsə istəyir, indi də başlayıb şərə”.
Müsahib sonda onu da bildirdi ki, şairin iddialarının yalan olduğunu sübut edən faktlar ortadadır. R.Aslanov bu faktlardan biri kimi özünün yenicə ağır əməliyyatdan çıxdığını və qolunu qaldıra bilmədiyini vurğuladı: "Mən martın 8-də, 6 saatlıq ağır əməliyyatdan çıxmışam. Əməliyyat o qədər həssas və ağır idi ki, ölkə xaricində etdirmişəm. Hələ də tikişdəyəm. Onu istəsəm də vura bilmərəm. Ona bir yumruq vursam, ya da sərt hərəkət etsəm, tikişim açılar. Bunu sübut edən həkim rəylərim var əlimdə. Barəmdə deyilənlərin hamısı şər-böhtandır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam