Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

BAKININ BREND MAĞAZALARINDA:“MADE İN ARMENİA” (FOTOLAR)

 

1490253654_picsart_03-22-11.43.33

Bakının məşhur ticarət mərkəzlərində Ermənistan istehsalı olan mallar satılır.

Yenixeber.org:  BakiPost.az xəbər verir ki, “Park Bulvar” və “Gənclik Mall”da fəaliyyət göstərən “OVS” mağazalarında müştərilərə üzərindəki etiketdə “MADE İN ARMENİA” yazılan paltarlar təqdim edilir.
Məsələnin ən ilginc tərəfi odur ki, düşmən ölkədən idxal olunan mallar dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarlarıdır. OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır. Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər maraqlı görünür.
Məsələ ilə bağlı OVS mağazalarının İlham adlı əməkdaşı BakiPost.az-a deyib ki, Ermənistan istehsalı olan malların satlılması mümkünsüzdür: “Bizim mağaza İtaliya brendidir. Bura 12 ölkədən mallar gətirilir. Məsələn, Çin, Banqladeş, Türkiyə və s ölkələr. Amma sizin dediyiniz Ermənistandan malların gətirilməsi qətiyyən düzgün deyil. Bu ola da bilməz. Yanlış məlumatdır. Çünki OVS dünyaca məşhur İtaliya brendidir”.
Mağaza nümayəndəsinə malların üzərindəki “MADE İN ARMENİA” etiketini əks etdirən şəkillərin olduğu bildirilsə də, o,  yenə də belə bir şeyin mümkünsüz olduğunu deyib:“Konkret olaraq yalandır. Belə bir şey ola bilməz. Çünki bu tanınmış İtaliya brendidir”.
Qeyd edək ki, OVS-in Bakıda iki mağazası fəaliyyət göstərir: “Park Bulvar”da və “Gənclik Mall”da. “Park Bulvar”dakı mağaza 6 Oktyabr 2015-ci ildə açılıb.
OVS brendi artıq 43 ildir ki, qadın, kişi və uşaqlar üçün geyim və aksessuar istehsalı ilə məşğul olur. Brendin əsas xüsusiyyətləri keyfiyyət və münasib qiymətlərdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam