Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Azərbaycanda bir “layk”a görə boşananlar var” -Vəkildən şok açıqlama

Yenixeber.org:  Əsassız səbəblərdən boşanmaya gedirlər. Bir-biri ilə yarışmaya çıxan insanlar var ki, bir nəfər müraciət edib, deyir ki, mənim dostum artıq iki dəfə boşanıb, mən bir dəfə boşanmışam, artıq ikinci dəfə boşanmaya müraciət etmək istəyir. Deyir, mən ondan geriyə qalıram. Gülünc bir şeydir, ancaq cəmiyyət üçün həyəcan təbili çalınacaq bir hadisədir.

Bu fikirləri APA TV-yə açıqlamasında vəkil Xəyal Bəşirov deyib. 

Onun sözlərinə görə, son zamanlar əsassız boşanmaların sayı artıb. 2016-cı ildə 13 min ailənin nikahına xitam verilib. Onlardan 20-30 faizinin boşanmasına sosial şəbəkələr səbəb olub:  

“Əvvəllər boşanmaların sayı ciddi səbəblərdən olurdu amma son dövrlərdə bəzi gülünc səbəblərdən də ailələrin boşanması hallarına rast gəlirik. Son dövrlər diqqətinizə çatdırım ki, bir çox hallarda bir-birini xəyanətdə ittiham edirlər. Bu xəyanətin də əsaslı sübutu və dəlili yoxdur. Kişi və yaxud qadın olmasından asılı olmasına baxmayaraq, digər tərəfi internetdə, sosial şəbəkələrdə, sosial mediada hər hansı bir şəxslərlə yazışmasını və yaxud virtual olaraq münasibətdə olduğunu əsas gətirib və bu da ona xəyanət etməsi fikrinə gəlir ki, sonda boşanmaya səbəb olur”.

Xəyal Bəşirov deyir ki, hətta bir layk və şərhə görə də boşananlar var. Kişilər həyat yoldaşlarının sosial şəbəkələrdəki fəallığının kənardan yanlış anlaşılacağından çəkinirlər: 

“Əks cinsin nümayəndəsi bir məlumat paylaşır və yaxud bir hadisə ilə bağlı bir fikir bildirir, digər şəxslər qadın ona şərh yazarsa bu, artıq qloballaşdırılıb boşanmanın əsası kimi gətirilir və boşanmaq üçün kişi tərəfindən məhkəməyə müraciət etmək üçün əsas olur. Bəzən heç o insan heç o adamı tanımır, sadəcə, fikirdir, baxır, maraqlı olur, şərh yazır”.

Vəkil deyir ki, qanunvericilikdə nikah könüllülük prinsipləri əsasında qurulduğu üçün boşanmalar da eyni əsasla həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam