Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Almaniyanın da qeyrəti var” -“The Guardian” yazır

Türkiyə bayrağı və səsvermə qutusu

“The Guardian” yazır ki, bu arada Almaniya öz ərazisindəki Türkiyə vətəndaşlarının Türkiyə referendumunda səs verməsinə icazə verəcəyini bildirib.

Yenixeber.org:   Lakin prezident Erdoğana xəbərdarlıq edilib ki, o, bundan sonra da özünün Almaniya barədə təhqiramiz bəyanatlarını davam etdirərsə, icazə geri alına bilər.

Almaniyanın Xarici İşlər Nazirliyi Berlindəki Türkiyə səfirliyinə bildirib ki, Almaniyada olan təxminən 1, 5 milyon türkə Türkiyə referendumunda səs vermək imkanı yaradılacaq.

Türkiyə vətəndaşları Almaniya boyunca 13 seçki məntəqəsində səs verə biləcəklər.

Bununla yanaşı Almaniya XİN bildirib ki, Türkiyə onun ərazisində keçirdiyi mitinqlər barəsində tam şəffaflıq yaratmalı, Almaniya qanunlarına əməl etməlidir.

Almaniya XİN-in sözçüsü Martin Schäfer deyib ki, Almaniyanın “nasistlərə” bənzədilməsi kimi təhqiramiz bəyanatlar Almaniya CM-nin 90 a maddəsinin pozulması kimi qiymətləndiriləcək.

Kansler Angela Merkelin ofisi bundan əvvəl bildirmişdi ki, Türkiyə prezidenti “danışığına fikir verməlidir”.

“Türkiyə həmişə narahatdır ki, onun qeyrətinə toxunan olmasın, – deyib hakim Xristian Demokrat Partiyasından millət vəkili Peter Altmaier, – Amma Almaniyanın da qeyrəti var”.

O deyib ki, qadağa ən sonuncu seçim olacaq, lakin istisna edilməyəcək.

Schäfer deyib ki, Türkiyə, seçki məntəqələrinə icazəni Berlinin “alicənablığı” kimi qiymətləndirməlidir.

Bundan başqa, Türkiyənin özü bu yaxınlarda Bolqarıstan seçkisi ərəfəsində bolqar türklərinin Türkiyədə kampaniya aparmasını qadağan edib.

Bu arada Avropa İttifaqının liderləri Türkiyə ilə qarşıdurmada Hollandiyanı müdafiə ediblər.

Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, Rotterdam şəhəri nasistlər tərəfindən tamamilə dağıdılmışdı, amma hazırda bu şəhərin meri mərakeşlidir.

“Rotterdamda faşizm görənlər reallıqla əlaqələrini itiriblər” – deyib Tusk.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Erdoğan-ın bəyanatlarını tənqid edərək deyib ki, belə sözləri deyənlər Avropaya yaxınlaşmır, əksinə onun üzvü olmaq məqsədindən uzqlaşırlar.

Çərşənbə günü özünün televiziya ilə müraciətində Erdoğan bir az da irəli gedərək Hollandiyanı 8 min Bosniya müsəlmanının qətliamında ittiham edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam