Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

"Ötən 7 ildə mövcud istiqamətdə əməli iş görülməyib" -Əflatun Amaşovdan Elmira Süleymanovaya ciddi mesaj

"Ötən 7 ildə mövcud istiqamətdə əməli iş görülməyib" -
“Hesab edirəm ki, insan hüquqları üzrə müvəkkilin 2016-cı il üçün hesabatı qənaətbəxşdir. Hesabatdanda göründüyü kimi Ombudsman üzərinə düşən bütün sahələrdə fəaliyyət göstərib”.
Yenixeber.org:   Bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
“İnsan hüquqları üzrə müvəkkilin fikir və söz azadlığı, insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin xeyli hissəsində Mətbuat Şurası da yaxından iştirak edib. Ombudsman ümumən fəaliyyətini media ilə sıx əməkdaşlıq şaraitində qurub, buna görə də hesabarı qəbul etmək olar. Amma bununla bağlı bəzi qeydlərim var. 

Məlumdur ki, 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanunda İnformasiya məsələləri üzrə Ombudsman təsissatının yaradılması nəzərədə tutulub. Onun Milli Məclisdə 3 namizəd arasında seçilməsi, hər cari ildə ən geci 3 il ərzində Milli Məclisə hesabat təqdim etməsi vurğulanır. Hesabtda isə il ərzində görüşmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər halllara dair məlumatlar, habelə Ombudsmanın rəy və təklifi öz əksini tapmalı idi. Lakin sonradan, yəni 2010-cu ildə Konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulmuş informasiya  məsələləri üzrə müvəkkilin səlahiyyətləri insan hüquqları üzrə müvəkkilə verildi. 

Ancaq dəyişiklikdən ötən 7 il müddətində mövcud istiqamətdə əməli iş görülməyib. Məndə olan məlumata görə, bu müddətdə ayrıca ştat cədvəli də müəyyənləşməyib. Ancaq qeyd etdiyim kimi, informasiya məsələləri üzrə Ombudsman təsisatının işi heç də sıradan məsələ deyil. Vaxt keçir, təklif edirəm ki, mövcud sahədə əməli iş görülsün. Əgər bu mümkün deyilsə, informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması məsələsi gündəmə gətirilsin. Çünki bu təsisat informasiyalı cəmiyyət ümumən demokatik cəmiyyət quruculuğu üçün son dərəcə vacibdir. İstərdim ki,  məsələyə həssas yanaşılsın”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam