Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Keçmiş deputatın cəzası azaldıldı

Keçmiş deputatın cəzası azaldıldı

 

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərləri barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib

 

Yenixeber.org: Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Dünyamin Xəlilovun cəzası 13 ildən 12 il 9 aya endirilib.

Mənsur Zeynalovun cəzasının 5 ildən 4 il 6 aya endirilməsi barədə qərar qəbul edilib.

Digərlər şəxslərin apellyasiya şikayəti təmin olunmayıb. 

D. Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D. Xəlilov 13 il müddətində azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Mənsur Zeynalov  5 il, Fərhad Əmiraslanov 4 il, Seyfulla Seyfullayev 5 il müddətinə azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs ediliblər. Şakir Musayev, Ruslan Əsgərov, Rauf Əliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

Bundan başqa, digər təqsirləndirilənlərlə birgə Dünyamin Xəlilovdan fərdi və müştərək qaydada 50 milyon manatdan çox vəsaitin tutularaq dövlət hesabına keçirilməsinə qərar verilib.

Xatırladaq ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. “Globus Plaza”nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs-qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam