Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bütün platformalarda məsələ qaldırmalıyıq” -Ərdoğandan Qarabağla bağlı açıqlama

erdogan_new_232

“Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq”.

Yenixeber.org:  Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışarkən deyib.

Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir davam etdiyini və münaqişənin həlli üçün 20 ildən çoxdur həyata keçirilən səylərin hələ də nəticəsiz qaldığını xatırladan R.T.Ərdoğan İƏT və BMT çərçivəsində bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi ilə ciddi nəticələr əldə etməyin mümkün olduğunu bildirib.
O, çıxışı zamanı həmçinin Əfqanıstanda terror məsələsinə də toxunub. Ərdoğan bu ölkədə terrora qalib gəlmək üçün bütün qüvvələri birləşməyə çağırıb.
“Türkiyə YPG, PKK, FETÖ və s. kimi terror təşkilatlarına qarşı mübarizə aparır. Terrorun qarşısını birdəfəlik almalıyıq”, – deyə, Türkiyə prezidenti vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam