Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Daha bir neçə bank fəaliyyətini dayandıracaq” –Milllət vəkili

vahid

 

"Yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bank öz fəaliyyətini dayandıracaq".

Xeberinfo.com:   Bu barədə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Maliiyyə Bazarına Nəzarət Palatası bankların diaqnostikasını aparır və banklarda yaranmış vəziyyətlə bağlı müəyyən qərar qəbul edirlər:

"Bir vaxt Azərbaycanda 43 bank vardı. Hazırda isə bu rəqəm 33-ə enib. İndi bu rəqəmin daha da azalması, yəni bankların müəyyən hissəsinin bağlanması gözlənilir”.

Vahid Əhmədov qeyd edib ki, o, bankların bağlanmasının deyil, daha çox birləşməsinin tərəfdarıdır: “Amma indki vəziyyətdə əlbəttə ki, banklar xaricdən maliyyə yardımı ala, daxildə öz proseslərini qura bilmirlər.”

Hansı bankların bağlanması ilə bağlı məsələyə gəlincə, deputat bu barədə danışmağın çətin olduğunu vurğulayıb. /AzNews.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam