Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NEFT ŞİRKƏTİNDƏ MÜƏMMALI İXTİSARLAR –“Bahar Enerjy”də nə baş verir?

18438_src

"Bahar Enerjy”də 100-ə yaxın yerli işçinin ixtisarı və hasilat səviyyəsinin aşağı olması nəyə xidmət edir?

Xeberinfo.com:  Azərbaycandakı ən müəmmalı və arxalı şirkətlərdən olan “Bahar Enerjy” növbəti dəfə gündəmə ixtisarlarla daxil olub. Belə ki, “AzPolitika.info”nun əldə etdiyi məlumata görə, Bahar və Qum-Dəniz yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsünə dair Dövlət Neft Şirkəti ilə 2009-cu ildə saziş imzalayan şirkət, təkcə bu ilin fevral ayının əvvəlində 100-dək yerli işçini ixtisar edib.

Maraqlıdır ki, onların əksəriyyətinə ya guya öz istəyi ilə ərizə yazdırılıb, ya da müqaviləsinin bitdiyi əsas gətirilərək işdan azad olunublar. Hansı ki, 20-30 il və hətta daha uzun müddət bu yataqlarda can qoymuş yerli mütəxəssis və sıravi işçilərin qovulması ilə paralel 40-dək yeni işçi işə götürülüb. Təbii ki, bu da işdən çıxarılan insanlarda haqlı sual və etiraz yaradır.

dfcff32521fb

Şirkət rəhbərliyi əlində müddətsiz müqaviləsi olan işçiləri bir-bir “söhbətə” dəvət edərək, könüllü şəkildə işdən azad olunma ərizəsi yazmağı təklif edir və bunun müqabilində işdən çıxdıqdan sonra onlara 8 ay maaş ödəyəcəklərini vəd edir. Əks halda “qanuni yolla” (!?) qovacaqları və həmin məbləğdə vəsait ödəməyəcəkləri ilə hədələyirlər. Azərbaycan məhkəmələri və ədliyyə sistemindən az-çox xəbərdar olan biçarə işçilərin də böyük qismi rəhbərliyin tələbilə razılaşmalı olurlar.
Yeri gəlmişkən, bu şirkətin apardığı ixtisarlarla bağlı hələ ötən illərdə bir çox yerli işçi məhkəmələrə müraciət etsə də, heç bir nəticə əldə edə bilməyiblər. Buna səbəb kimi isə mətbuatda tez-tez “Bahar Enerjy”nin arxasında iri ranqlı məmurların durduğu göstərilir.

Beynəlxalq Bankın talanmasında “Bahar Enerjy”nin rolu olubmu?

beynelxalq-bank-bina

Xatırladaq ki, “Bahar Enerji Limited” 3 şirkət tərəfindən yaradılıb. Onlardan ikisi guya əcnəbi, biri isə “Hafka” kimi tanınan Hafiz Məmmədova aid “Baghlan Group” şirkəti olub. Lakin ölkə mətbuatında həmin iki əcnəbi şirkətin də SOCAR rəhbərliyinə yaxın şəxslərə aid olduğuna dair iddialar yer alıb. Həmin şəxslərin arasında Fəxrəddin İsmayılovun (Neft və Qaz Tədqiqatları və Dizaynı İnstitutunun rəhbəri) və  Anar Əliyevin adı çəkilib. Onların adı Bahar Energy şirkətinin həmtəsisçisi olan Rafi Oil şirkətinin ilk direktorları olublar.

Bu iki əcnəbi sayılan şirkətdən biri olan “Greenfields” hələ 2014-cü ilin birinci rübündə 896 min dollar gəlir götürdüyünü və özünün Bahar holdinqlərinə görə 3,8 milyon dollar itirdiyini açıqlayıb. “Bağlan Qrup”unun sahibi Hafiz Məmmədov, görünür, o vaxtdan böyük gəlir problemləri ilə üzləşib. Bundan sonra “Greenfields Petroleum” elan edib ki, “Bağlan”a 16,5 milyon dollar məbləğində kredit verib, çünki 2014-cü il yanvarın 1-dən “Bağlan” tərəfdaşlıq sərmayələri üçün icbari olan investisiya ödənişlərini yerinə yetirməyib. “Greenfields” etiraf edib ki, “Bağlan”ın kəsirlərini maliyyələşdirmək üçün əlavə ödənişlər etməli olacaq. Burada da bir məqamı diqqətə çatdırmaq yerinə düşər. Müflisləşdiyi iddia olunan və bir çox iri layihələrdən kənarlaşdırılan Hafiz Məmmədovun yaxın adamları artıq xeyli vaxtdır ki, “Bahar Enerjy”də yoxdurlar.

“Hafka”nın 515 milyon investisiya qoyduğu layihəni 6 milyona əlindən kim alıb?

hafiz4

Onlar kənarlaşdırıldıqdan sonra isə bir müddət şirkətin Beynəlxalq Banka aid şəxslərin nəzarətinə keçdiyi bildirilir. Ehtimal olunur ki, şirkət Beynəlxalq Banka iri məbləğli borcu olduğu və ödəyə bilmədiyi üçün bir müddət bankın idarəçiliyinə verilib. Bu isə, istər-istəməz sözügedən banka aid vəsaitlərin yoxa çıxmasında həmin şirkətin rolu olub-olmamasına dair suallar yaradır. Ancaq əldə etdiyimiz məlumata görə, banka aid idarəçilər gəldikləri kimi, bir gecədə də yoxa çıxıblar və idarəçilik yenidən dəyişdirilib. Sözsüz ki, burada qaranlıq məqamlar çoxdur və onların aydınlaşdırılmasına ehtiyac var…

Qeyd edək ki,  Hafiz Məmmədov da  mətbuata açıqlamasında iddia edib ki, rəhbərlik etdiyi “Baghlan Group” şirkəti təkcə “Bahar” layihəsinə 515 milyon dollar xərcləyib.Ancaq borcunun qarşılığı olaraq həmin layihədə onun payı cəmi 6 milyon qiymətləndirilərək, əlindən alınıb: “Onu cəmi 6 milyon dollara satdılar. Bu, necə olur eee? 515 milyon dollar investisiya yatırmışıq”.

Onu daqeyd edək ki, 2012-ci ildə – sazişin qüvvəyə minməsindən 2 il sonra Anar Əlityevin təsiçisi olduğu “Union Grand Energy” çirkəti  özünün RAFİ Oil şirkətindəki “Bahar Energy”ə aid səhmlərinin 3/1-i 150 milyon dollara “Baghlan Group”a satıb. Bununla da “Baghlan Group”  holdinqi “Bahar Energy”nin səhmlərinin üçdə-ikisinə sahib olub.

Bu halda “Baghlan Group” şirkətinin “Bahar” layihəsindəki payının cəmi 6 milyon qiymətləndirilərək, Hafiz Məmmədovin əlindən alınması məsələnin arxasında böyük güclərin dayandığından xəbər verir. 

Şirkət öhdəliklərini yerinə yetirmək əvəzinə işsizlər ordusu yaradır

18438_src

Bahar Enerjy” şirkətinin yuxarı dairələrdə güclü havadarlarının olduğuna dair şübhələr yaradan bir sıra məqamlar var. Məsələn, bütün digər əcnəbi şirkətlərlə müqayisədə, “Bahar Enerjy”yə gəlirdən daha çox pay verilir. Daha dəqiq desək, müqavilədə gəlirin 80 faizinin bu şirkətə, 20 faizinin isə isə SOCAR-a çatması nəzərdə tutulur. Hansı ki, digər analoji şirkətlər üçün bu göstərici əksər hallarda 50-nin 50-yədir.

Bundan başqa, müqavilədə şirkətin gündəlik hasilatı 4600 bareldən artıq nəzərdə tutulub. Bu isə, olduqca böyük məbləğdə gəlir deməkdir. Ancaq dəqiq rəqəm əldə edə bilməsək də, hasilatın bu göstəricidən dəfələrlə az olduğuna dair məlumatımız var. Bir sözlə, gözümüzün önündə vaxtilə böyük miqdarda neft hasil edən və böyük sayda həmvətənimizi işlə təmin edən bir qurumun, bu gün hasilatı xeyli azaldan və işsizlər ordusu yaradan bir şirkətlə əvəzlənməsini əks etdirən bir mənzərə durur.

Sual yaranır – kimə lazım idi vaxtilə böyük miqdarlarda neft hasil edən və xeyir verən quyuların müəmmalı şəkildə hansısa şirkətə verilməsi və insanların işsiz qoyulması? Nə qazandı Azərbaycan hökuməti və xalqı bu şirkətlə bağlanan sazişdən? Əgər ölkəmizin yeganə rəqabət qabiliyyətli ixrac məhsulu olan neft hasilatı sektorunda da ixtisarlar varsa, digər sahələrdə çalışanları hansı aqibət gözləyir? Dünya bazarında neftin qiymətinin kifayət qədər stabilləşdiyi və manatın nisbətən möhkəmləndiyi bir məqamda, bu ixtisarlar nəyə və kimlərə xidmət edir? Bu suallara cavab verən tapılanda, yəqin ki bugün işsiz qalan əliqabarlı işçilərin dərdinə də dərman tapılacaq…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam