Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Sakinlərin nəfəsini kəsən daş bazarı -Biləcəridə

«Hər gün süd içirəm... Uşaqlara da içirdirəm. Məktəbə getdilər, gəldilər, mütləq içirdirəm. Yoxsa buraların tozu çoxdan bizi öldürmüşdü».

Xeberinfo.com:   Biləcəri sakini Dilbər Şıxməmmədovanın hər gün süd içməsinin səbəbi evin yaxınlığındakı daş bazarının tozu-torpağıdır. Xanım deyir, ərazidə yaşayanlar hər gün bu toz-torpaqla «qidalanır»: Südü də ona görə içir ki, toz-torpağı ciyərlərindən qovsun, xəstəliyə tutulmasın: «Qapımız «daş bazarı»na açılır. Gecə-gündüz ağır maşınlar gəlib-gedir, daş yığılır, boşaldılır... Uşaqlar daş-kəsəyin altında qalarlar deyə, çölə buraxa bilmirik. Məktəbə gedib-gəlmələri isə bir başqa söhbətdir. Onsuz da yolsuzluqdan, kanalizasiyanın olmamasından əziyyət çəkirik, məktəbə, işə gedib-gələndə bir də bu ağırtonnajlı maşınların təkərləri altına düşməməkdən qorunuruq. Bu dəqiqə əraziyə yaxın düşə bilməzsiz. Kanalizasiya suları topuqdandır. Qoxudan beyin çatlayır. Üstəlik də, yük maşınları vıyıltıyla keçib həmin çirkab suları sifətimizə vururlar».

«YERİMDƏCƏ ÖLDÜM»

Ərazidə yaşayan digər sakin Məhsəti Əliyeva da həyəcanla danışır. Onun sözlərinə görə, evin yaxınlığındakı daş bazarı, əsasən, uşaqların həyatına təhlükə yaradır: «2 il əvvəlin söhbətidir. Uşağın məktəbdən qayıdan vaxtı idi. Xəbər gəldi ki, karxanadan çıxan maşın aşıb, daşlar ətrafa dağılıb, altında uşaq qalıb. Yerimdəcə öldüm... Sonra xəbər yalan çıxdı, əvəzində isə 1 il iflic qaldım, üstəlik də, ağır dərəcəli şəkərə tutuldum. Bu karxananı buradan köçürsünlər deyə, dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişik».

Sakinlər bu şəraitdə yaşamalarında bələdiyyəni və icra hakimiyyətini günahlandırır. Lakin Binəqədi rayon İcra Hakimiyyəti ittihamlarla razılaşmır. Qurumdan «Qaynar xətt»ə bildirilib ki, daş bazarı ərazidə illərdir fəaliyyət göstərir. Evlərsə sonradan tikilib, həm də qanunsuz... Burada tikilmiş evlərin heç birinin rəsmi icazəsi yoxdur.

ALQI-SATQI DAVAM EDİR

Lakin ərazidə torpaq alqı-satqısı hələ də davam edir. İnternetdəki alqı-satqı elanları arasından «Daş bazarının yanında torpaq satılır» elanının sahibiylə əlaqə saxladıq. Həsən adlı şəxs bildirdi ki, 4 sot torpaq daş bazarının yanındadır. İşığı, suyu daimidir. Ev tikib yaşamaq üçün əlverişlidir:

- Öz torpağımdır. 10 il əvvəl almışam. Ev tikməyə imkanım yoxdur, ona görə də satıram.

- Torpağın hansı sənədləri var?

- Bələdiyyədən sənədim var. Real alıcısınızsa, gəlin yerə baxın, qiymətdə razılaşaq, gedək, notariat kontorda sənədi keçirdim adınıza...

Elə icra hakimiyyətindən də buradakı torpaqların Binəqədi bələdiyyəsi tərəfindən satıldığı deyilir. Lakin bələdiyyədən bildirilib ki, torpaqları əvvəlki bələdiyyə sədrləri satıb. ("Azadlıq" radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam