Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Mərkəzi Bank bu “oyun”la əllərdə olan dolları bazara cəlb etmək niyyətindədir” -ŞOK İDDİA

 

Uzunmüddətli ucuzlaşmdan sonra milli valyuta möhkəmlənməyə başlayıb. Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.

 

Xeberinfo.com:  İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Azər Mehtiyev Modern.az-a açıqlamasında manatın möhkəmlənməsinin müvəqqəti xarakter daşıdığını deyib. O bildirib ki, dolların məzənnəsinin aşağı düşməsi gözlənilən idi:

 

“Mərkəzi Bankın ötən ayın yekunlarında açıqladığı məlumatlar bunu deməyə əsas verir. Bildiyiniz kimi, Neft Fondundan edilən transfert hesabına Mərkəzi Bankın valyuta ehtiyatları artıb. Eyni zamanda son aylarda neftin dünya bazarlarında qiymətlərinin qalxması tendensiyası gedir. Dünya bazarlarından gələn siqnallar qiymətlərin hələ bir müddət 55-60 dollar civarında qalacağını söyləməyə əsas verir. Belə olan halda Mərkəzi Bank vəziyyətdən yararlanmağa çalışır. Məhz indiki məqamda manatın məzənnəsindəki möhkəmlənmə bununla əlaqədardır”.

 

İnvestorlar qərarsızdır...

 

İqtisadçı qeyd edib ki, prosesin nə qədər çəkəcəyini söyləmək xeyli çətindir:

“Hələ də ölkədə manatın möhkəmlənməsi üçün ciddi əsaslar yoxdur. Bu gün manatın məzənnəsinin möhkəmlənməsinə deyil, sabitləşməsinə daha çox ehtiyac var. Mərkəzi Bank ölkə iqtisadiyyatındakı böhranı aradan qaldırmaq üçün  milli valyutanın məzənnəsinin sabitliyinə nail olmalıdır ki, investorlar da nə edəcəyinə qərar versin. Məzənnənin kəskin oynadılması-gah artırılması, gah da azaldılması investorlar, sahibkarlar üçün narahatlıq yaradır. İndiki həssas məqamda bu nəzərə alınmalıdır”.

 

A.Mehtiyev bildirib ki, ölkə iqtisadiyyatında geniş mənada manatın məzənnəsinin möhkəmlənməsi üçün baza yoxdur:

 

“Ölkəyə dollar idxalında da artım nəzərə çarpmır. Təcrübələrə əsasən deməliyik ki, manatın məzənnəsinin möhkəmlənməsi heç bir halda ixracın artırılmasını stimullaşdırmır. Proses uzun müddət ərzində tənzimlənmə tələb edir ki, indiyə qədər əldə olunan durum da bada getməsin. Bu baxımdan manatın məzənnəsində olan möhkəmlənməni uzunmüddətli hesab etmirəm. Bu müvəqqəti prosesdir. Bu il manatın möhkmələnməsinə yox, sabitləşməsinə çalışılmalıdır”.

 

Mərkəzi Bankın “oyun”u...

 

A.Mehdiyev manatın məzənnəsinin oynamasını Mərkəzi Bankın “oyun”u adlandırıb:

“Hər zaman deyirəm ki, Azərbaycan iqtisadiyyatı üçün bir çox məsələlər üzrə proqnoz vermək olmur. Manatın məzənnəsinin indiki möhkəmlənməsinin arxasında nəyin durduğu tam olaraq aydın deyil. Yəni, həqiqətənmi real iqtisadi proseslərdir, yoxsa məqsədyönlü şəkildə edildiyinə dair suala cavab vermək xeyli çətindir. Ötən il də manatın məzənnəsinin məqsədyönlü şəkildə, əhalinin əlində olan dolları bazara çıxarmaqdan ötrü ucuzlaşmasının şahidi olduq. İndi hansı istək ortaddır? Bu suala cavab vermək mümkün deyil. Ən təhlükəlisi odur ki, Mərkəzi Bank bu “oyun”la əllərdə olan dolları bazara cəlb etmək istəsin. Bununla da manatın məzənnəsini aşağı salsın. Bu “oyun”un nəticəsi çox ağır ola bilər. Manatın bir müddət möhkəmlənməsindən sonra kəskin şəkildə ucuzlaşması və əhalinin manata olan etimadsızlığına gətirib çıxara bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam