Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

" Bu, düşmən dəyirmanına su tökməkdir" -Əflatun Amaşov

Əflatun Amaşov:

 

 

“Mən erməni saytlarını mütəmadi olaraq izləyirəm. Onlar Elnur Hüseynzadə ilə bağlı məsələlərə geniş yer verir və bizim media orqanlarına davamlı istinad edirlər. 
“İstipress.az” saytının Elnurun anasının fikirlərinə yer verilən  videonun tərcümə olunmadan belə erməni saytlarında yayımlanmasını gördüm. Buna çox təəssüfləndim”.
 
Xeberinfo.com:   Bu sözləri APA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. O bildirib ki, media bu sayaq hadisələrdə həssas olmalıdır: “Mətbuat Şurası medianın belə məqamlarda həssas olması ilə bağlı dəfələrlə çağırışlar edib. Elnurun anasının fikirlərinin yer aldığı video yayımlandıqdan sonra mən müvafiq qurumlarla müzakirələr apardım. Həqiqət budur ki, Elnur ordudan tərxis olunub, hazırda o, rəsmən mülki şəxs statusundadır. Lakin bir sıra saytlar bunu nəzərə almayıb. Yaradılan mənzərə budur ki, guya Azərbaycan hərbçisi Ermənistan tərəfə keçib. Hesab edirəm ki, belə təqdimat Elnurun geri qaytarılmasında da problem yaradacaq. Təbii ki, Elnurun hərbçi kimi təqdim olunması ideoloji müharibə baxımından da yolverilməzdir. Bu, düşmən dəyirmanına su tökməkdir, ölkənin informasiya təhlükəsizliyinə təhdiddir. İstərdim ki, media orqanları məsələnin həssaslığını dərk etsinlər. Bu, eyni zamanda, ən böyük peşəkarlıq göstəricisi olardı. Təəssüf ki, “istipress.az” saytı və ona istinad edənlərin timsalında biz bunu görmədik”.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, ermənilərin əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam