Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Dağlıq Qarabağ münaqişəsində xüsusi irəliləyiş görünmür” –BMT TŞ-nin sədri

3b612f0d-ac6c-4f0d-b4aa-10fb3e9771ce_292

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xüsusi irəliləyiş görünmür.

Xeberinfo.com:   Birləşmiş Millətlər Təşkilatının mətbuat xidmətinə istinadən xəbərə görə, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının sədri Vladimir Yelçenko bildirib.

Qeyd edək ki, fevralın 1-dən etibarən Ukrayna bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
V.Yelçenkonun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Şurasında sədrliyi çərçivəsində fevralın 21-də Avropada münaqişələr ilə bağlı nazirlər səviyyəsində görüşün keçirilməsini təşkil etmək niyyətindədir.
O bildirib ki, nə qədər təəccüblü olsa da, Avropada təhlükəsizlik və münaqişələr mövzusu və BMT-nin onların həllində rolu və iştirakı artıq neçə illərdir nəzərdən keçirilmir: “Sonuncu dəfə bu məsələyə Yuqoslaviya böhranından sonra Balkanlardakı gərgin vəziyyət zamanı baxılıb. Başqa sözlə, hardasa ötən əsrin 90-cı illərinin ortalarında”.
“Bütövlükdə Avropaya baxsaq, bir sıra dondurulmuş münaqişələr var. Onların bəzilərində – Gürcüstanda və ayrıca Abxaziyada ötən əsrin 90-cı illərində BMT nümayəndəliyi və ya BMT missiyası olub. İndi isə bu təsisatlar fəaliyyət göstərmir, bu işlə daha çox ATƏT məşğul olur, bəzən isə ümumiyyətlə, heç kim məşğul olmur. Dondurulmuş Dnestryanı münaqişə var və bu məsələdə uzun illərdir heç bir irəliləyiş yoxdur. ATƏT Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi var. O məsələdə də xüsusi irəliləyiş görünmür. Və nəhayət, Donbass problemi var”, – deyə V.Yelçenko bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam