Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcü Prezident azərbaycanlıların yaşadığı kəndlərə baş çəkib

 

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Kvemo Kartl bölgəsinə səfəri çərçivəsində Marneuli rayonunun Dəmyə Gorarxı kəndinə baş çəkib.

Yenixeber.org: Gürcüstan büromuz xəbər verir ki, dövlət başçısı kənddəki istixana təsərrüfatı ilə və orada çalışan insanlarla tanış olub.

S.Zurabişvili Kvemo Kartlidə kənd təsərrüfatının inkişafı ilə maraqlanıb və bölgənin inkişafında kiçik biznesin əhəmiyyətini vurğulayıb.

Dəmyə Gorarxı kəndindəki istixana təsərrüfatı 2014-cü ildə istifadəyə verilib. İstixanalar hektar sahədə yaradılıb və istehsal gücü ildə 300-400 ton tərəvəz təşkil edir.

Gürcüstan Prezidenti həmçinin Əzizkənd kəndinə də baş çəkib. Burada o, dövlətin dəstəyi ilə açılan “Mza Çitili” MMC-nin istixana təsərrüfatı ilə tanış olub. 30 nəfərin çalışdığı təsərrüfatın məhsulları yerli bazarda satışa çıxarılır. Müəssisənin yaradılmasına, ümumilikdə, 1,5 mln. dollardan çox vəsait xərclənib.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam