Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Üçüncü dünya müharibəsi qaçılmaz olacaq”

 

“Rusiyaya qarşı sanksiyalar Molla Nəsrəddin lətifələrinə oxşayır”

"Xeberinfo.com":  Məlumata görə,Eks-spiker Rəsul Quliyev Minskdə Ukrayna böhranından çıxış yolu arayan Qərbi tənqid edib. O, moderator.az-a göndərdiyi yazısında Qərbin düşdüyü vəziyyəti Molla Nəsrəddin lətifələri ilə müqayisə edib: “Qərbin Rusiya aqressiyasından qorxaraq Ukraynaya deklarativ köməyi dünyanı 3-cü dünya müharibəsinə sürükləyir. Hadisələr İkinci Dünya Müharibəsi qabağı olan ssenari ilə davam edir. 12 fevral Minsk müqaviləsi eynən Hitler Almaniyasının Çexoslovakiyanın Sudet vilayətinin işğalına İngiltərə, Fransa və İtaliyanın razılıq verdiyi Münhen sazişinə oxşayır. Yeganə fərq Münhenə Çexoslovakiyanın prezidentinin dəvət olunmamasıydı, Minskdə ABŞ-ın təkidi ilə Ukraynanın prezidenti də iştirak edirdi… 
Məlumunuz olsun ki, Almaniya Sudet vilayətinin arxasınca bütün Çexoslavakiyanı işğal etdi. İndi 15 Fevral atəşkəs müqaviləsinə fikr verməməklə faktiki olaraq Almaniya və Fransa başçılarını təhqir edən Putin atəşkəsdən sonra Debaltsova reqionunu işğal edib və döyüşlər davam edir. Onun ardınca Rusiya Mariupola hucumları davam etdirib o torpaqları zəbt edəcək, Rusiyanın Krımla torpaq sərhəddini bərpa edəcək, onun arxasınca Odessa və Xarkov vilayətlərini işğal edəcək. Rusiyaya qarşı qoyulmuş sanksiyalar artıq Molla Nəsrəddin lətifələrinə oxşayır. 10 ildən artıq bir müddətdə xərçəng xəstəliyinə tutulmuş artist İosif Kabzona sanksiya qoymaqla qərb Rusiyaya necə təsir göstərmək istəyir anlamaq olmur. Rusiyaya təsir etmək üçün onun qaz və neft eksportunu heç olmazsa 30 faiz azaltmaq lazım idi.
Rusiyanın Ukraynanı işğal etməsidən sonra (Artıq Ukrayna 1 ildən artıqdır müharibə aparır, düşünürəm altı ay da müqavimət göstərə biləcək.) Orta Asiya və Zaqafqaziya ölkələrini işğal etməsi üçün Rusiyaya maksimum 2 ay kifayət edər. Qərb ölkələri təcili təsirli tədbirlər görməsə hadisələrin inkişafı yazdığım ssenari ilə gedəcək. 15 ildir qərbin ərazi bütövlüyünə qarant dayanmış ukraynalılar hərbi nöqteyi nəzərdən acınacaqlı vəziyyətdədilər. Rusiyanın qarşısında hərbi texnikaya görə yox, insanlarının vuruşma qabiliyyətinin yüksək olmasına görə dayanan Ukraynaya kömək etmək lazımdır, əks halda 3-cü dünya müharibəsi qaçılmaz olacaq.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam