Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Avropa İttifaqı Belarus xalqına əlavə 53 milyon avro yardım ayıracaq

 

 “Avropa İttifaqı Belarusda zorakılıq və seçki saxtakarlığına görə məsuliyyət daşıyanlara qarşı sanksiya tətbiq edəcək”. 

Yenixeber.org: RİA Novosti bildirir ki, bunu Belarusla əlaqədar keçirilən sammitdən sonra Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel deyib.

Bildirilib ki, sanksiyalar həmçinin ölkə rəhbəri Aleksandr Lukaşenkoya qarşı da tətbiq edilə bilər.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə bildirib ki, Avropa İttifaqı Belarus xalqına əlavə 53 milyon avro yardım ayıracaq.

Onun sözlərinə görə, yardıma həmçinin repressiya qurbanlarına ayrılan 2 milyon avro da daxildir.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub.

Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam