Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Əfqanıstan Azərbaycanın yanındadır” -Əşrəf Qani Prezidentə zəng etdi

“Əfqanıstan Azərbaycanın yanındadır” - Əşrəf Qani Prezidentə zəng etdi
İyulun 31-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Yenixeber.org: Məhəmməd Əşrəf Qani müqəddəs Qurban bayramı münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edib, əmin-amanlıq arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Əfqanıstan Prezidentinə və dost Əfqanıstan xalqına bayram münasibətilə təbriklərini, sülh, əmin-amanlıq arzularını çatdırıb.

Əfqanıstan Prezidenti Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş toqquşmalarda Azərbaycan hərbçilərinin və mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib və vurğulayıb ki, Əfqanıstan bu məsələdə Azərbaycanın yanındadır. Məhəmməd Əşrəf Qani bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı ölkəsinin mövqeyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib, Əfqanıstanın həm birbaşa olaraq, həm də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sərhəddə toqquşmalar zamanı Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, bu yaxınlarda Azərbaycan-Əfqanıstan-Türkmənistan prezidentlərinin videoformatda keçirilən sammiti çərçivəsində qəbul edilmiş qərarların həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam