Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Düşmən iyulda atəşkəs rejimini -1768 dəfə pozub

 
Ermənistan silahlı qüvvələri iyul ayında atəşkəs rejimini 1768 dəfə pozub.
Yenixeber.org: Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, iyul ayında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Ay ərzində Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, HoradizCəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin GoranboyTərtərAğdamXocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Qeyd edək ki, düşmən tərəfi iyul ayının 12-dən başlayaraq hərbi təxribatlara əl atıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə ağır artilleriyadan istifadə edərək hücum cəhdi göstərib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə sarsıdıcı zərbə endirilib və o itki verərək geri otuzdurulub. Döyüşdə Azərbaycan Ordusunun biri general olmaqla 12 hərbçisi və 1 mülki vətəndaşı şəhid olub. Ermənistanın son hərbi təxribatları nəticəsində Tovuzun Ağdam və Donqar Quşçu kəndlərində evlərə və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam