Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eskalasiyanın qarşısını almaq üçün bütün səyləri göstərdik -Rusiya XİN

Eskalasiyanın qarşısını almaq üçün bütün səyləri göstərdik -  Rusiya XİN
Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan arasında eskalasiyanın qarşısını almaq üçün bütün səyləri göstərdi.
Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat İdarəsi rəhbərinin müavini Aleksey Zaytsev deyib.

O bildirib ki, Rusiya dost Ermənistan və Azərbaycanın sərhədində bu yaxınlarda vəziyyətin gərginləşməsindən çox narahat idi.

“Əminik ki, uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq aləmdəki digər ixtilaflar kimi, yalnız diplomatik danışıqlar, sülh yolu ilə həll edilməlidir. Bizim ATƏT-in Minsk Qrupunun digər həmsədrləri - ABŞ, Fransa, habelə, BMTMDB və digər beynəlxalq təşkilatlarla bölüşdüyümüz mövqeyimiz dəyişməzdir".

XİN nümayəndəsi deyib ki, eskalasiyanın qarşısını almaq üçün bütün lazımi səylər bölgədəki əsas tərəfdaşlarla operativ qarşılıqlı əlaqə vasitəsilə həyata keçirildi.

"Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə telefon danışıqları zamanı bir daha hər hansı yanaşma üçün Bakı və İrəvandan dəstək təminatını aldı, Türkiyə tərəfi ilə regionda, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövcud vəziyyəti əsaslı şəkildə müzakirə etdik".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam