Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı alimlərin anonsunu verdiyi dərman-COVID-19-a qarşı istifadəyə başlanılıb

Azərbaycanlı alimlərin anonsunu verdiyi dərman COVID-19-a qarşı istifadəyə başlanılıb

Koronavirus xəstələrinin müalicəsində "Remdesivir" preparatından istifadənin effektivliyi elmi tədqiqatlarda sübut olunduqdan sonra Avropada aidiyyatı qurumlar tərəfindən istifadəsinə rəsmi şəkildə icazə verilib və artıq COVID-19 xəstələrinin müalicəsində sözügedən dərmandan istifadəyə başlanılıb.

Yenixeber.org: Bununla bağlı açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, tibb sahəsində nüfuzlu elm adamlarının, o cümlədən də Köln Universitetindən olan alimlərin apardığı elmi tədqiqatlar zamanı preparatın ağır koronaviruslu xəstələrdə xəstəliyin kifayət qədər yüngül keçməsinə səbəb olduğu və hətta xəstəlikdən sağalma müddətini 11 günə endirdiyi sübut olunub.

N.Abdullayevin sözlərinə görə, dərmanın təsiri nəticəsində virusun orqanizmdə çoxalmasının qarşısı alınır: "Bu da ümumi kliniki vəziyyətə birbaşa təsir edir. Hazırda Avropada hətta bir çox xəstələrin bu dərmandan istifadəsindən sonra süni tənəffüs cihazına qoşulmasına da ehtiyac qalmır".

Tibb elmləri doktoru Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində "Remdesivir"dən istifadənin tətbiq edilməsini məqsədəuyğun hesab edib. Azərbaycanlı alim əminliklə bildirib ki, dərman preparatının yan təsirləri, yəni qaraciyər və böyrəyin funksiyasında dəyişikliklər də tədqiqatlar nəticəsində artıq öyrənilib və bunlar da nəzərə alınaraq dərmandan istifadə Azərbaycanda da tətbiq edilə bilər.

Xatırladaq ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev və elmi işçi qrupu tərəfindən "Remdesivir" preparatının koronavirus xəstələrinin müalicəsində istifadəsi ilə bağlı hələ aprel ayında aparılan elmi tədqiqatların nəticəsi barədə geniş elmi təhlil ictimaiyyətə çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam