Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sumqayıtda daha-12 tibb işçisi koronavirusa yoluxdu

Sumqayıtda daha 12 tibb işçisi koronavirusa yoluxdu
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının 12 əməkdaşında koronavirusa yoluxma halları aşkar edilib.
Yenixeber.org: Bu barədə açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib. Onun sözlərinə görə, koronavirusa yoluxmuş tibb işçiləri xəstəxananın müxtəlif şöbələrində çalışırlar.

“Neyrocərrahiyə, reanimasiya, travma və başqa şöbələrin işçiləri arasında yoluxma var. Lakin kütləvi yoluxmadan söhbət gedə bilməz. Bura koronavirusla işləməyən xəstəxanadır və bura xəstələr müxtəlif travmalarla gəlir, onlara təcili yardım edilir. Həkimlərimizi maksimum dərəcədə qorumağa çalışırıq, maska, əlcək geyinirlər. Lakin kombinezon geyinib travmalı xəstələrə baxmaq mümkün olmur. Koronaviruslu xəstələrlə işləyən xəstəxanada tam qorunan, kombinezon geyinən həkimlər də virusa yoluxur. Yəni belə xəstələrlə gündəlik işləməyənlər də yoluxa bilər. Bu, normaldır. Yoluxanlar arasında ağır vəziyyətdə olanlar yoxdur"

R.Sadıxov qeyd edib ki, xəstəxananın tibb heyəti mütəmadi olaraq testlərdən keçirilir.

“Yoluxmaların çoxu təmaslar nəticəsində baş verib. Xəstə gəlir, koronavirus olduğu bilinir, biz onu başqa xəstəxanaya göndəririk. Onunla kimlər təmasda olursa, həmin şəxsləri potensial daşıyıcı kimi qəbul edirik və analiz edilir. Həkimlər arasında evində yoldaşından yoluxanlar da var. Yoluxma hər yerdə ola bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam