Dövlət qulluqçularının onlayn andiçmə mərasimi keçirildi-FOTO
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar bu sahələr üzrə idarəçiliyin və əhaliyə xidmətlərin innovativ yanaşmalar üzərində qurulması və keyfiyyətinin yüksəldilməsinə, optimal və şəffaf fəaliyyət mexanizmlərinin tətbiqinə xidmət edir. Ona görə də bu sahələr üzrə dövlət qulluğunun inzibati vəzifələrinə kadrların qəbulu zamanı dövlət qulluğu ilə bağlı biliklərlə bərabər, eyni zamanda müasir bilik və bacarıqlara yiyələnmiş, həmçinin məsuliyyət hissinə və mənəvi keyfiyyətlərə malik kadrlara üstünlük verilir.
Yenixeber.org: Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlik sistemində dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların videokonfrans formatında təşkil edilən andiçmə mərasimində bildirib.
Tədbir iştirakçılarını 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təbrik edən S.Babayev hazırda Nazirliyin struktur bölmələrində 4900-ədək dövlət qulluqçusunun qulluq keçdiyini qeyd edib.
O, dövlət qulluğunda səmərəli fəaliyyət göstərən əməkdaşların əməyinin Prezident İlham Əliyev tərəfindən daim yüksək dəyərləndirildiyini vurğulayıb. 23 iyun 2020-ci il tarixli Sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilənlər arasında Nazirliyin də əməkdaşlarının olduğunu və buna görə dövlət başçısına minnətdarlığını bildirib.
S.Babayev qeyd edib ki, Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Müvafiq müsabiqə və müsahibə mərhələlərini uğurla keçmiş namizədlər bu vəzifələrə təyin olunurlar. Hazırda da yeni işə qəbul olunan bir qrup əməkdaşın andiçmə mərasimi keçirilir. Dövlət başçısının bəyan etdiyi “Dövlət məmuru xalqın xidmətçisidir”, “Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” prinsipləri bu gün dövlət qulluğuna qəbul olunan kadrlar üçün başlıca fəaliyyət prinsipləri olmalıdır. Onlar bu prinsiplərə sadiq fəaliyyət göstərməklə, sosial sahədə islahatlara öz töhfələrini verməyə çalışmalıdırlar.
İşə qəbul olunmuş əməkdaşların səmərəli fəaliyyətinin stimullaşdırılması, onların fasiləsiz təhsil almalarının təmin olunması istiqamətində də işlərin aparıldığını deyən nazir yeni işə qəbul olunan əməkdaşları bu münasibətlə təbrik edib, onlara uğurlar arzulayıb.
Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesinin nəticələrinə dair məlumat verib.
Nazirlik sistemində dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşlar Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla, “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq, Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikası Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücləri ilə və vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içib, andın mətnini imzalayıblar.
Sonra dövlət himni səslənib.
Dövlət qulluğuna yeni işə qəbul edilən şəxslər onlara göstərilən inam və etimadı layiqli səviyyədə doğruldacaqlarını bildiriblər.