Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Dövlət katibi -Con Boltonu xəyanətkar adlandırıb

“Con Bolton açıq-aşkar yalan yayır”.

Yenixeber.org: Bunu ABŞ Dövlət katibi Mayk Pompeo Prezident Donald Trampın sabiq müşaviri Con Boltonun memuarından dərc olunan çıxarışlara münasibət bildirərkən deyib.

"Mən o kitabı oxumamışam, lakin kitabdan dərc olunan çıxarışlara əsasən deyə bilərəm ki, Con Bolton açıq yalanlar, yarımçıq həqiqətlər yayır. Bu, çox təhlükəlidir, həm də təəssüf doğurur”, - deyə M. Pompeo qeyd edib.

ABŞ Dövlət katibi C. Boltonu xəyanətdə ittiham edib.

“Mən bütün dünyadakı dostlarımıza müraciət edirəm: "Siz bilirsiniz ki, Prezident Trampın Amerikası dünyada müsbət gücü təmsil edir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri C. Boltonun memuarından hissələr dərc edilib. Bu memuarda D. Trampla bağlı ziddiyyətli məqamlar yer alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam