Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident -BMT Baş Assambleyasının yeni sədrini təbrik etdi

Prezident BMT Baş Assambleyasının yeni sədrini təbrik etdi
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yeni seçilmiş Sədri Volkan Bozkırı təbrik edib.
Yenixeber.org: Təbrikdə deyilir:

"Hörmətli cənab Bozkır,

Birləşmiş Millətlər Təşkilatının yaranmasının 75 illik yubileyi ərəfəsində Baş Assambleyanın Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

BMT sistemi tarixində qardaş Türkiyə Respublikasının nümayəndəsinin belə yüksək vəzifəyə seçilməsi bizi olduqca sevindirir.

Azərbaycan Respublikası həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində Sizinlə yaxından əməkdaşlıq etməyə, əlaqələrimizi hərtərəfli genişləndirməyə hazırdır.

Əminəm ki, Sizin diplomatiya sahəsindəki peşəkarlığınız, çoxillik təcrübəniz Baş Assambleyanın qarşısında duran vəzifələrin icrasına mühüm töhfə verəcək, dünyada multilateralizmin inkişafına xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam