Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Baş Prokurorluqdan Sumqayıtda baş verən ölüm hadisəsi bağlı açıqlama-RƏSMİ

 

 

 Yenixeber.org: 6 iyun 2020-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 6 saylı binanın yaxınlığındakı parkda şəhər sakini, 1989-cu il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitinin aşkar olunması, 1989-cu il təvəllüdlü şəhər sakini Rəhimov Namiq Tahir oğlunun isə  üzərində soyuq silahla yetirilməyə xarakterik xəsarətlərlə şəhər Təcili Tibbi Yardım xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları “MTE və PA” birliyinin Sumqayıt şəhər şöbəsinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, hadisə yerindən cinayətin aləti olan iki ədəd bıçaq və digər əşyalar götürülmüş, təxirəsalınmaz prosessual hərəkətlər aparılmışdır.

 

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş, hadisəni görən şəxslərin dairəsi müəyyənləşdirilərək dindirilmişlər.

 

İlkin istintaqla müəyyən edilmişdir ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımova kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhraba isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirmişdir. Zöhrab öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi yetirmişdir.

 

Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da həkimlərin səyinə baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmamışdır.

 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam