Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Baş infeksionist:"İkinci dalğa söhbəti yoxdur"


"Bu, ikinci dalğa deyil. Mən həmişə demişəm ki, ikinci dalğa söhbəti yoxdur. Xəstəlik artıb-azala bilər”.

Yenixeber.org: Bunu ölkənin baş infeksionisti Cəlal İsayev son günlər koronavirusun artım statistikasından danışarkən deyib. Cəlal İsayev deyib ki, bu epidemiyanın gediş xüsusiyyətləri belədir: "Bir gün çox olar, bir gün az. İkinci dalğa isə odur ki, epidemiya sönür və birdən-birə qalxır. Əgər insanlar verilən tövsiyələrə əməl eləsələr, xəstələnmələrin sayı azalacaq, əməl etməsələr, yoluxanların sayında artım müşahidə olunacaq”.

Cəlal İsayev qeyd edib ki, xəstəliyin çoxalmasının Bakı ilə rayonların arasında məsafənin açılmasına hər hansı bir təsiri olmaz: "Hər halda bunlar Operativ qərargah tərəfindən müəyyən edilir və qərar verilir. Etibar eləsək ki, insanlar qaydalara əməl edəcəklər, nəqliyyatda maska taxacaqlar, sosial məsafə saxlayacaqlar, o zaman icazə verilsin. Amma mən insanlara o qədər də ümid bağlamıram. Hər şey gözümün qabağındadır. Heç kim sosial məsafə saxlamır, maska taxmır, laqeyd yanaşır. Rayonlardakı vəziyyət təhlil olunandan sonra bu qərarı vermək olar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam