Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Space”in yayımı 3 saat da dayandırılacaq-QƏRAR

 

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Yenixeber.org: İclasda 11-17 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

13 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 23.00 – 24.00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 4 iyun 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Qeyd edək ki, mayın 5-də MTRŞ-nin iclasında “Space” televiziya kanalının efirində 15 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 23:00-dan saat 00:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam