Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda -bir nəfər çoxlu sayda insanı koronavirusa yoluxdurub

 
Bakı şəhərində koronavirusa yoluxma 45 faizdən yuxarıdır.
Yenixeber.org: Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində yoluxma 14 faiz, Lənkəran isə 10 faizdir.

“Gəncə zonasında yoluxma sürətlə artmışdı. Operativ şəkildə işçi qrupumuz ezam olundu və məsələ araşdırıldı. Orada karantin rejiminə bir o qədər riayət olunmadığı üçün həmin bölgədə yoluxma sayı artıb. Bütün yoluxmalar araşdırıldıqda məlum olur ki, xəstələnmə halları ailə üzvləri arasında olur. Bir vətəndaş ailə üzvlərini xəstəliyə yoluxdur. Digər tərəfdən tibb işçiləri arasında yoluxma müşahidə olunur. Gəncədə də belə hal müşahidə olunmuşdu”.

Z.Əliyev bildirib ki, şimal və cənub zonalarında yoluxmalar sərhədlərdən keçən həmvətənlərimizin xəstəliyi özləri ilə gətirməsi nəticəsində olub

“Rusiyada keçən həmvətənlərimizin çoxunda pozitiv nəticə aşkarlanmışdı. Eyni zamanda cənub bölgəsində pozitivlər aşkarlanırdı. Lənkəran və Cəlilabad zonasında bu kimi yoluxmalar baş vermişdi. Zaman-zaman ocaqlar ortaya çıxır. Salyanda da dünən bu meydana çıxmışdı”.

Z.Əliyev qeyd edib ki, Bakıda ən çox yoluxma Yasamal və Sabunçu rayonlarındadır.
“Yasamalda bir neçə ocaq müəyyənləşmişdi, bir nəfər çoxlu sayda insanı yoluxdurmuşdu. Testlərin sayı artdıqca müəyəyn olunur ki, yoluxma bir o qədər də artmayıb. Karantin rejiminin riayyət edilməsi nəticəsində müsbət nəticələr əldə olunub”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam