Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycanda- ağır koronavirus xəstələrinə konvalesent plazması köçürüləcək

Koronavirus xəstələrinin müalicəsində istifadə olunan konvalesent plazma müalicəsi artıq Azərbaycanda da tətbiq edilməyə başlanılacaq.
Yenixeber.org: TƏBİB-dən verilən məlumata görə, immun plazma müalicəsi COVID-19 diaqnozu ilə müalicə alıb sağalmış xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən müalicə metodudur.

Koronavirus xəstələri üçün kimlər plazma donoru ola bilər?

• COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalan şəxslər;

• Klinik olaraq tam sağalmadan ən azı 14 gün sonra, 2 dəfə test nəticəsi neqativ olan şəxslər;

• 18-60 yaş arası könüllülər;

• Kişi və hamilə olmayan qadınlar (düşüyü və abort olmamış), həyatının heç bir dövründə qan transfuziyası edilməmiş insanlar.

Uyğun donor qan donorluğunda olduğu kimi razılıq forması doldurur və müayinə edilir. Daha sonra donordan qan alınaraq laborator testlər həyata keçirilir. Test nəticələri uyğun olan donorlardan aferez metodu ilə plazma alınır. Prosedur 45-60 dəqiqə davam edir. Donordan immun plazma 1 ay ərzində ən çox 3 dəfə, ilk plazmanın götürüldüyü tarixdən etibarən 7-10 gün fasilə ilə alına bilər.

Plazma alınmasının donor üçün riski varmı?

• Bu prosedurun donorun sağlamlığı üçün heç bir riski yoxdur;

• Aferez proseduru zamanı qanın ayrılması üçün istifadə olunan setlər birdəfəlik və sterildir;

• Setlər qapalı sistem kimi işləyir;

• Prosedur zamanı qan cihazla təmas etmir.

Sağalan xəstələrin məlumatları TƏBİB tərəfindən Mərkəzi Qan Bankına göndərilir və plazma donorları Mərkəzi Qan Bankı tərəfindən seçilir. Könüllü donorlar müəyyən olunmuş növbəli sistem əsasında Mərkəzi Qan Bankına dəvət olunur. Gəlmə imkanı olmayan könüllü donorlar üçün Mərkəzi Qan Bankı tərəfindən gəliş-gedişləri təmin olunur. Xəstəxanadan gələn tələblərə əsasən plazmalar göndərilir. Plazma istəyi xəstə yaxını və ya xəstənin özü tərəfindən edilə bilməz.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam