Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Belarusda 817 nəfər koronavirusa yoluxdu-Bir gündə

 

Belarusda sutka ərzində 817 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 9590 nəfərə çatıb.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, virusdan ölənlərin sayı 67 nəfərdir.

Qeyd edək ki, ölkədə son sutkada koronavirusa yoluxmada ən yüksək göstərici qeydə alınıb. Ötən gün bu rəqəm 751 olub. İnfeksiyadan sağalanların sayı isə 1573-dür.

Bundan əvvəl ölkə Prezidenti Aleksandr Lukaşenko Qərbi Avropanın pandemiya ilə mübarizədəki təcrübəsini tənqid etmişdi. Onun sözlərinə görə, karantin immuniteti zəiflədir və zehni sağlamlığı pozur, bundan sonra insanlar koronavirusa daha da həssas olurlar.

Bu gün isə məlumat yayılıb ki, A. Lukaşenko ümummilli iməclik çərçivəsində Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ildönümü ilə əlaqədar ziyan dəyən torpaqlarda şam ağacları əkib.

Onun Ukrayna ilə həmsərhəd Qomel vilayətindəki Lyaskoviçi qəsəbəsində ağacəkmə kampaniyasında iştirak etdiyi bildirilir.

Xatırladaq ki, Çernobıl atom elektrik stansiyasında qəza 1986-cı il aprelin 26-da baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam