Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İham Əliyevlə Həsən Ruhani arasında telefon danışığı olub

 

 

Aprelin 20-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenixeber.org: Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Ramazan ayının gəlişi münasibətilə bir-birilərini təbrik edib və ən xoş arzularını xalqlarımıza çatdırmağı xahiş ediblər.

Dövlət başçıları ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkələrimizdə həyata keçirilən tədbirlər və görüləcək işlərlə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda pandemiya dövründə ölkələrimiz arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlıqdan, eləcə də yükdaşımaları, o cümlədən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların davam etdirilməsindən məmnunluq ifadə edilib, bu istiqamətlərdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam