Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putinlə Tramp yenidən telefonla danışıblar-DETALLAR

 

 Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yenidən telefon danışığı olub.

Yenixeber.org: Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı dünya neft bazarındakı vəziyyət, o cümlədən neft hasilatının azaldılması ilə bağlı “OPEC+” çərçivəsində əldə olunan razılaşma barəsində fikir mübadiləsi aparılıb.

D.Tramp neft istehsal edən bir sıra ölkələrin başçıları ilə təmasları barədə Rusiya liderini məlumatlandırıb. Məlum mövzuda Rusiya ABŞ məsləhətləşmələrinin davam etdirilməsi razılaşdırılıb.

Bundan başqa, Rusiya və ABŞ liderləri koronavirus pandemiyasına dair məsələləri də müzakirə ediblər.

Telefon danışığı zamanı kosmosda əməkdaşlıq daxil olmaqla, ikitərəfli münasibətlərin bir sıra aktual aspektlərinə də toxunulub.

Qeyd edək ki, ötən gecə də Rusiya prezidenti Vladimir Putin ABŞ Prezidenti və Səudiyyə Ərəbistan kralı ilə telefon danışığı aparıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam