Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

DSX: "Düş­mən mövqelərinə diversiyanın keçirilməsi məlumatı yalandır"

DSX: "Düş­mən mövqelərinə diversiyanın keçirilməsi məlumatı yalandır"
Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermə­nistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şərai­tinin kəskin gər­gin­ləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törə­dil­ib, təmas xət­tinin yaxınlığında yerləşən yaşayış məntəqə­ləri­miz və kənd yol­larında hərəkət edən mülki nəqliyyat vasitələri mü­tə­madi ola­raq iri çaplı silahlardan və snayper tüfənglərindən da­vamlı surətdə atəşə tutulublar.
Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin kəş­fiyyat-diversiya qrupları tərəfindən sərhəd-döyüş məntəqələrimizin dislokasiya yerlərinə bas­qın cəhdləri edilib, sərhədçilərin sa­yıqlığı nəticəsində düş­mən təxribatlarının qarşısı alınmış və onlar itki verməklə geriyə qaçmaq məcburiyyətində qalıblar

Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraitinin ciddi gər­ginləşləşməsi barədə tərəfimizdən mütəmadi olaraq məlumat verilib, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı düşmən tərəfinin bütün təxribatlarına adekvat cavabların verilə­cəyi və nəticədə baş verəcək bütün fəsadlara görə məsuliyyətin Ermə­nis­tanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi xüsusi qeyd olun­ub.

Dünən Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın Müdafiə Nazirliyinə istinad edilməklə yayılmış məlumatda guya Azər­bay­can tərəfinin atəşkəs rejimini pozaraq ER-nın Noyemberyan rayo­nu­nun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin yaralanması, eyni zamanda guya Ermənistanın döyüş möv­qelərinə qarşı diversiyanın keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunub.

Bununla əlaqədar olaraq bildiririk ki, Ermənistan Silahlı Qüvvə­lərindən fərqli olaraq sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düş­mənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur. Həmçinin düşmən döyüş mövqelərinə qarşı sər­həd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin atəşkəs reji­mini pozmaqla törətdiyi təxribatının nəticəsi olaraq qarşılaşdığı döyüş itkilərini bu cür ictimailəşdirməsini Ermənistan cəmiyyətində özünə haqq qazandırmağa yönəlmiş uğursuz cəhd kimi dəyərləndiririk.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam