Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vəkillər Kollegiyası da koronavirusla mübarizəyə qoşuldu-50 min manat...

Dövlətimizin başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə 50 min manat vəsait köçürülüb.

Yenixeber.org: Vəkillər Kollegiyasından bildiriblər ki, dövlətimizin başçısının təşəbbüsü ilə başladılan və ölkə ictimaiyyətinin bütün təbəqələri tərəfindən həmrəy şəkildə dəstəklənən kampaniyaya vəkillər də biganə qalmayıb və onlar tərəfindən ayrıca təşəbbüslər şəklində də Dəstək Fonduna köçürmələr edilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ölkəmizdə koronavirusla mübarizə üzrə təşəbbüsün başladılmasını alqışlayır, vəkillərin bu kimi sosial bəlalarla mübarizədə hər zaman dövlətimizin, habelə bu mübarizəyə dəstək verən hər kəsin yanında olduğunu bildirir, ölkəmizin bu pandemiyaya qalib gələcəyinə əminliyini bəyan edir.

Dəstək Fonduna köçürülmüş vəsait vəkilliyin inkişaf fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkillərin iştirakı təmin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam