Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koronavirusun yayıldığı ölkələrin sayı artdı-Afrikada

 

 

Zambiyada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Çitalu Çilufya açıqlayıb.

Məlumata görə, ölkədə iki nəfərdə koronavirus aşkarlanıb. Fransadan səfərdən qayıtmış cütlük xəstəxanaya yerləşdirilib, onların uşaqları isə təcrid edilib.

“Biz ailənin 4 üzvü ilə təmasa girən hər kəsi araşdırırıq”, - nazir qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 170 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 205 642-yə çatıb. Bunların 82 889 nəfəri sağalıb, 8 272 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam