Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan -koronavirusa görə həkimlər üçün qoruyucu vasitələr alacaq

“Azərbaycanda koronavirus şübhəsi təsdiqlənən xəstələrin karantinə alındığı sərhəd ərazilərdəki xüsusi ayrılmış tibb müəssisələrinin, eləcə də analizləri yoxlayan laboratoriyaların işçiləri üçün fərdi qoruyucu vasitələr (PPE) alınacaq”.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisindən bildirilib. 

Qeyd olunub ki, Azərbaycan, ÜST-nin laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biridir: “İlkin mərhələdə test dəstləri ölkəyə fevral ayında çatdırılıb. İkinci mərhələdəki dəstlər isə hazırda göndərilir”.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 818-ə çatıb. Bunların 70 395 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam