Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əliyevin məmurlara növbəti xəbərdarlığı: Güzəşt limiti bitib

Əliyevin məmurlara növbəti xəbərdarlığı: Güzəşt limiti bitib

Dövlət Təhlükəsizlik Xidməti (DTX) hələ Ağstafa Rayon İcra Hakimiyyətində əməliyyat keçirərkən məmur həbslərinin davamı olacağı barədə ehtimallar irəli sürülürdü. 

Yenixeber.org: Nizaməddin Quliyevin həbsindən sonra oxşar əməliyyat Neftçala Rayon İcra Hakimiyyətində də keçirildi, icra başçısı İsmayıl Vəliyev və bir neçə müavini saxlanıldı. Bundan sonra DTX-nın əməliyyatlarının heç də iqtidardaxili ziddiyyətlərdən, yaxud ölkədəki narazılığı müəyyən qədər azaltmaq üçün imitasiya siyasətindən qaynaqlanmadığını ortaya qoydu. Bu baxımdan, Neftçaladakı əməliyyatın da son olmadığını söyləmək mümkündür. 

Prezident İlham Əliyevin Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bu məsələ üzərində xüsusi dayanması və əməliyyatların davam edəcəyinə işarə vurması məmur həbslərinin davam edəcəyi barədə ehtimalları bir qədər də gücləndirir. 

“Bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir", - deyə Prezident bildirib.

İlham Əliyevin bu fikirlərində iki məqama xüsusi yetirmək gərəkdir. Birincisi, Prezident istisna etmir ki, İsmayıl Vəliyev kimi məmurlar hələ də var və onların hər biri ilə bağlı araşdırma aparılacaq. Bu o deməkdir ki, hazırda icra başçılarının və digər yüksək ranqlı məmurların fəaliyyəti ciddi şəkildə araşdırılır. Bu isə növbəti əməliyyatların anonsu sayıla bilər. 

Digər məqam isə İlham Əliyevin qəti şəkildə bu məsələdə heç kimə güzəşt olunamayacağını söyləməsidir. Deməli, DTX-nın qara maskalıları elan olunan islahatlar kampaniyasına uyğun fəaliyyət göstərməyən, yaxud qanunsuz əməlləri ilə yeni siyasi kursa zərbə vuran istənilən məmurun kabinetini “ziyarət” edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam