Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Honkonqda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb-39 yaşlı xəstə qəfildən dünyasını dəyişib

 

Honkonqun xüsusi inzibati bölgəsində yeni növ koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Yenixəbər.org: Şahzadə Marqaret Xəstəxanasında koronavirusdan müalicə alan 39 yaşlı xəstə səhər saatlarında qəfildən dünyasını dəyişib.

Məlumatda bildirilir ki, ölən şəxs yanvarın 21-də sürətli qatarla Vuhana səfər edib və iki gün sonra Honkonqa qayıdıb. Yanvarın 31-də simptomlar özünü göstərməyə başlayarkən dərhal tibbi yardıma müraciət edib və ona yeni növ koronavirus diaqnozu qoyulub.

Son məlumatlara görə, Honkonqda 15 yoluxma hadisəsi qeydə alınıb, daha 159 adam tibbi nəzarətdədir.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Virusa yoluxanların sayı 20 438-ə, ölənlərin sayı isə 425-ə yüksəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam