Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZƏRBAYCANA KORONAVİRUS TESTİ GƏTİRİLİR -Üç xəstəxana ayrıldı

 

Nazirlik əhaliyə tövsiyələr verdi, baş pediatr uşaqlarla bağlı xəbərdarlıq etdi, tələbələrimizin təxliyyəsi üçün iş gedir

Yenixeber.org: Çində yayılmış koronavirus dünyanın və Azərbaycanın gündəminin baş mövzusu olaraq qalır. Çünki saatbasaat xəbərlər yenilənir, ölənlərin sayı artır, epidemiya hər gün bir ölkəni bürüyür, ona qarşı vaksin isə hələ də hazırlanmayıb.

Rusiyalı siyasətçi Jirinovksi isə bunu Amerikanın Çinə qarşı bioloji müharibəsi hesab edir.

Virus yayıldığı gündən Çin iqtisadiyyatı böyük zərbələr almaqdadır, dünya bu Asiya dövləti ilə əlaqələri kəsir, neftin qiyməti ucuzlaşır, müxtəlif ölkələr Çində olan vətəndaşlarının təxliyyəsi ilə məşğuldur.

Onu da deyək ki, artıq Azərbaycan prezidenti İlham Əliyev hökumətə tapşırıqlar verib və qabaqlayıcı tədbirlər planı həyata keçirilir.

“Yeni Müsavat” xəbər verir ki, hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır.

“Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur".

Bunu “Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva açıqlayıb.

Onun sözlərinə görə, dəqiq tarix barədə məlumat vermək mümkün deyil: “ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək”.

A.Əliyeva qeyd edib ki, virus növü yeni olduğundan dünyada peyvəndi hazırlanmayıb:

“Yəqin müəyyən müddətdən sonra vaksin hazırlana bilər. Ancaq bu günə infeksiyaya qarşı vaksin yoxdur”.

O qeyd edib ki, vəziyyət sabitdir və hazırda ölkədə respirator virus infeksiyası müşahidə olunur: “Tək-tək hallarda rast gəlinən qrip virusu təsdiq olunan mövsümi qrip hadisələridir.

Buna baxmayaraq, səhiyyə naziri Oqtay Şirəliyev profilaktik tədbirlərin aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, nazirliyin bütün tibb idarələrinə konkret tapşırıqlar verilib".

Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlanıb: Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu; Kliniki Tibbi Mərkəz (KTM) və 7 saylı uşaq infeksion xəstəxana...

***

Yeri gəlmişkən, virusun episentri sayılan Uhan şəhərində 6 azərbaycanlı tələbə hələ də təxliyə olunmayıb və Bakı Pekinlə danışıqlar aparır.

Uhan şəhərində təhsil alan Aqil Əliyev hazırda Pekin şəhərində, bir hoteldə qalmağa məcbur edilir.

Hoteldə ona maskalar və termometr verilib. O, gündə üç dəfə temperaturu barədə hotel işçilərini məlumatdırdığını qeyd edir.

Təxliyə xəbərlərinə gəldikdə isə A.Əliyevin sözlərinə görə, danışıqlar aparılsa da, şəhərə giriş-çıxış tam bağlandığından heç bir ölkənin iradəsi ilə ora girmək və ya kimisə çıxarmaq demək olar ki, qeyri-mümkündür.

“Çinin Uhan şəhərində olan azərbaycanlı tələbələrin ölkəyə qaytarılması məsələsi diqqətimizdədir”.

nazirinin müavini Firudin Qurbanov ile ilgili görsel sonucu

Bunu apa-ya təhsil nazirinin müavini Firudin Qurbanov bildirib. Nazir müavini deyib ki, bu məsələ dövlət səviyyəsində diqqətdə saxlanılır:

“Çinin Uhan şəhərində olan tələbələrin ölkəyə gətirilməsinə çalışırıq. Hazırda hökumət bilavasitə bu məsələ ilə məşğuldur. Eyni zamanda Təhsil Nazirliyi də mövcud vəziyyət nəzərə alınmaqla bu məsələnin həllinə çalışır”.

Maraqlıdır ki, bu il yanvarın 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin vətəndaşlarının sayı 79 nəfərdir.

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı əhaliyə tövsiyələrini açıqlayıb.

Məlumata görə, özünüzü və başqalarını xəstəlikdən qorumaq üçün öskürdükdən və asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək hazırlayarkən (əvvəl və sonra), tualet istifadəsindən sonra, əllər vizual olaraq çirkli göründükdə, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllər sabun ilə yuyulmalıdır.

Tövsiyələrdə qeyd edilir ki, xəstə və ölü heyvanlar yeyilməməlidir. Xəstəliyin alovlanması baş verən bölgələrdə belə, ət məhsulları tam bişirilərsə və qida hazırlanması düzgün aparılarsa, o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər:

Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin. Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun.

***

koronavirus ile ilgili görsel sonucu

Son xəbər budur ki, Çində koronavirusa yoluxanların sayı 5974-ə çatıb. Koronavirusdan ölənlərin sayı 132-yə yüksəlib. Virusa yoluxanlardan 1239-nun vəziyyətinin ağır olduğu vurğulanıb.

Bu arada Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirus aşkarlanıb. “Bloomberg” xəbər verir ki, ölkənin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb.

Xəstəlik Çinin Uhan şəhərindən gəlmiş ailənin üzvlərində aşkar edilib. Xəstələrin vəziyyəti sabitdir, hazırda onlar tibbi müşahidə altındadırlar.

Almaniyanın Münhen yaxınlığında yerləşən Ştokdorf şəhərciyinin sakinində də “2019-nkov” virusu aşkar edilib.

33 yaşlı xəstə təcrid edilib. Almaniyanın ilk koronavirus daşıyıcısı ilə birbaşa təmasda olan şəxslərin hamısı xəstəliyin ilkin əlamətləri barədə məlumatlandırılıb.

Məlum olub ki, müəyyən müddət əvvəl onun ofisinə çinli qadın gəlib. Qadın vətənə qayıdandan sonra onda həmin virus aşkar edilib.

koronavirus ile ilgili görsel sonucu

Avstraliya isə Çindən təxliyə edilən 600 nəfərin Milad adasında karantinə alınacağını açıqlayıb. Həmin vətəndaşlar 2 həftə müddətində materikdən 2000 kilometr uzaqda yerləşən adada saxlanılacaqlar.

Yaponiya və ABŞ da öz vətəndaşlarını vətənə qaytarır. Bu ölkələrin də oxşar addım atacağı bildirilir. Gürcüstanın Mülki Aviasiya Agentliyi isə Çinlə aviaəlaqələri dayandırıb.

ABŞ əczaçılıq şirkətləri Çində koronovirusa yoluxanlar üçün dərman pereparatları göndərəcək.

“The Wall Street Journal” nəşri məlumat yayıb ki, dərman perepatlarının bir hissəsi kliniki sınaqdan keçməyib.

Yeni tip koronavirusun yayılma ocağı olan Çinlə yanaşı, bu virusa yoluxma halları Tailand, Cənubi Koreya, Yaponiya, Avstraliya, Sinqapur və ABŞ-da qeydə alınıb.

“AbbVie” və “Johnson&Johnson” kompaniyalarına məxsus pereparatların siyahısında HİV-ə qarşı mübarizə üçün nəzərdə tutulmuş dərman vasitələri də var. Bu pereparatların koronavirusa qarşı mübarizədə effektliyi də sübut olunmayıb.

***

Cəlal İsayev ile ilgili görsel sonucu

Modern.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev xəstə uşaqların bağçaya, məktəbə, universitetlərə getməsinin yolverilməz olduğunu bildirib.

Onun sözlərinə görə, bütün digər viruslara qarşı olan tədbirlər koronaviruslara qarşı da keçərlidir: “Uşaqda hər hansısa virus müşahidə olunursa, mütləq həkimə müraciət etməlidir.

Əgər xəstəlik yüngüldürsə, uşaq ev şəraitində sahə həkiminin nəzarəti altında müalicə olunmalı, ağır vəziyyətdə olarsa, xəstəxanada müalicə davam etdirməlidir. Ümumiyyətlə, uşaqlar qoruyucu maskalardan istifadə etsə yaxşı olar".

Ölkənin baş pediatrı Nəsib Quliyev isə virus daşıyıcısı olan uşağın dərsə gələcəyi təqdirdə ətrafa milyonlarla virus buraxa bildiyini deyib:

“Uşaqda hər hansı virus müşahidə olunursa, onu təhsil müəssisəinə yox, xəstəxanaya aparmaq lazımdır. Bizdə çox təəssüf ki, valideynlərin çoxu bu məsələyə etinasız yanaşır.

Hələ 40 günlük olan uşağı qripdir deyə bizim yanımıza müayinəyə gətirən valideynlər var. Səbəb kimi də göstərirlər ki, evə qonaq gəlmişdi, ondan virus keçib. Belə diqqətsizlik, layqeydlik olar?"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam